
Apple, iPhone-un NFC çipini iOS 18.1 ilə üçüncü tərəf proqramları üçün açır!
Proqram Təminatı
15.08.2024
Aslan
Apple, iPhone-un NFC çipini üçüncü tərəf proqramları üçün açacağını bildirib. Bu funksiya, qarşıdan gələn iOS 18.1 versiyasında əlçatan olacaq. Beləliklə, NFC API-ninin tərtibatçılar üçün açılması nə deməkdir?
iOS 18.1-dən başlayaraq tərtibatçılar, Apple Pay və Apple Wallet-dən ayrı olaraq iPhone tətbiqlərində Secure Element istifadə edərək NFC kontaktsız əməliyyatı aktiv edə biləcəklər. Yeni NFC və SE (Secure Element) API-lərindən istifadə edərək tərtibatçılar, mağazadaxili ödənişlər, otel, ev və avtomobil açarları, tələbə şəxsiyyət vəsiqələri, tədbir biletləri və s. üçün tətbiqdaxili təmassız əməliyyatlar təklif edə biləcəklər.

Apple, API-nin bütün məlumatların şəxsi şəkildə idarə olunmasını təmin etmək üçün iPhone-un Secure Enclave sistemindən istifadə etdiyini bildirir. İstifadəçilər, həmçinin yan düyməni 2 dəfə basdıqda Apple Wallet proqramını əvəz etmək üçün başqa bir standart NFC tətbiqini seçmək imkanı əldə edəcəklər. Üçüncü tərəf proqramı, iPhone-nun parametrlər bölməsindən defolt kontaktsız proqram kimi təyin edilə bilər. Tərtibatçılar, bu yeni həlli iPhone tətbiqlərinə əlavə etmək üçün Apple ilə müqavilə bağlamalı, NFC və SE hüquqlarını tələb etməli və müvafiq rüsumları ödəməlidirlər.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
