
Apple kənar mənbələrdən yüklənəcək tətbiqlərə nəzarət edəcək
Proqram Təminatı
24.01.2024
Emil
Avropa Birliyinin yeni qanunvericiliyinə əsasən Apple şirkəti iOS ekosistemi çərçivəsində proqram təminatını kənar mənbələrdən yükləmək imkanını istifadəçilərə təqdim etməlidir. The Wall Street Journal isə öz növbəsində Apple şirkətinin bu qərarının ilk təfərrüatlarını təqdim edib. Məlum olub ki, şirkət kənar mənbələrdən tətbiqlərin yüklənməsi prosesini ciddi şəkildə nəzarətdə saxlayacaq.
Məlumatda qeyd edilib ki, Apple kənar mənbədən yüklənən hər bir tətbiqi nəzərdən keçirmək imkanına sahib olacaq. Bununla yanaşı şirkət tətbiqləri kənar mənbələrdə təqdim edən tərtibatçılardan müəyyən miqdarda komissiya haqqı da tələb edəcək. Bu barədə rəsmi bir məlumat verilmədiyi üçün sonda hər şey daha fərqli ola bilər. iOS-ə kənar mənbələrdən tətbiqlərin yüklənməsi sisteminin necə reallaşdırılacağı və şirkətin bu cür tətbiqlər ilə onların daxillərində olacaq alış-veriş ödənişlərini necə nəzarətdə saxlayacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
