
Apple öz axtarış sistemini hazırlamağı planlaşdırmır
Proqram Təminatı
25.12.2024
Emil
Son bir neçə il ərzində ortaya çıxmış məlumatlarda qeyd edilirdi ki, Apple şirkəti Google Search-ə bənzər axtarış sistemini hazırlamağı planlaşdırır. Məlumatlarda Apple şirkətinin bu üsul ilə Google-dan asılılığını aşağı salmaq istəməsi qeyd edilirdi. Lakin indi məlum olub ki, Apple fərdi axtarış sisteminin hazırlanmasını planlaşdırmır. Bu barədə məlumatı şirkətin servislər ilə bağlı məsələlər üzrə vitse-prezidenti Eddie Cue təqdim edib. Eddie Cue öz növbəsində Apple şirkətinin nəyə görə fərdi axtarış sistemini hazırlamaq istəməməsinin bir neçə səbəbini açıqlayıb. Səbəblər aşağıdakılardır.
- Yüksək xərclər və müddətli resurslar. Axtarış sisteminin hazırlanması Apple şirkətinə milyardlarla dollara və uzun illərə başa gələrdi. Nəticədə şirkətin diqqəti və resursları digər vacib istiqamətlərdən axtarış sisteminin hazırlanmasına yönələcəkdi.
- Axtarış sistemləri sahəsinin sürətli təkamülü. Süni zəka texnologiyasının təsiri bu sahəni qeyri-stabil vəziyyətə gətirir. Buna görə də axtarış sisteminə investisiya riskli ola bilər.
- Konfidensiallıq prinsipləri ilə konflikt. Axtarış sisteminin uğurlu şəkildə çalışması üçün hədəflənmiş reklamların satışı lazımdır. Bu isə Apple fəlsəfəsinə ziddir. Belə ki, şirkət istifadəçilərin konfidensiallıqlarına böyük önəm verir.
- Resurs çatışmazlığı. Şirkət rəqabət apara biləcək axtarış sisteminin hazırlanması üçün yetəri sayda mütəxəssisə və infrastruktura sahib deyil.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Çərçivəsiz ekrana sahib iPhone modelini yaxın zamanda gözləmək lazım deyil
Daha öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti 2026-cı ilə kimi tam çərçivəsiz iPhone-nu təqdim etməyi planlaşdırır. Lakin ortaya çıxmış yeni məlumata əsasən Apple çox güman ki, 2026-cı ilə kimi bunu reallaşdıra bilməyəcək.

Cihazlar+
iPhone 18 Pro-nun əsas arxa kamerası dəyişkən diafraqma özəlliyini əldə edə bilər
iPhone 18 smartfon seriyasının 2026-cı ildə təqdim olunacağı gözlənilir. Lakin artıq indidən bu smartfon seriyası barəsində tədricən müxtəlif məlumatlar ortaya çıxır.

Elm & Texnologiya
Məşhur analitik Apple M5 prosessorları barəsində yeni məlumatları təqdim edib
Apple şirkəti gələn il M5 prosessorlarını təqdim etməlidir.

Cihazlar+
AirPods Pro 3 ürək döyüntüləri tezliyinin və bədən temperaturunun ölçülməsi imkanını əldə edə bilər
Bloomberg saytının məşhur insayderi Mark Gurman, Apple şirkətinin hələ təqdim etmədiyi AirPods Pro 3 naqilsiz qulaqlığının imkanları barəsində maraqlı məlumatları bölüşüb.

Proqram Təminatı
Hansı iPhone-lar iOS 19-u əldə edəcəklər?
Apple gələn il iOS 19 əməliyyat sistemini təqdim edəcək. Çox güman ki, bu, iyun ayında keçiriləcək WWDC 2025 tədbiri çərçivəsində baş tutacaq.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
