Logo
    main-post-cover

    Apple öz yeni əməliyyat sistemlərindəki dizayn dəyişikliyinə işarə edib

    Proqram Təminatı
    03.06.2025
    Emil
         WWDC 2025 konfransından əvvəl Apple rəsmi olaraq tədbirin şüarını elan edib - Sleek peek (hamar görünüş). Bu, şirkətin yalnız yeni funksiyalar deyil, həm də bütün əməliyyat sistemləri, o cümlədən iOSmacOS üçün dizayn baxımından ciddi yeniliklər təqdim etməyə hazırlaşdığını göstərir. Məlumata əsasən Apple WWDC 2025-də əməliyyat sistemlərinin yeni versiyaları olacaq iOS 26, iPadOS 26, macOS 26, tvOS 26, watchOS 26 visionOS 26-nı təqdim edəcək.
         Adlardan da göründüyü kimi, artıq bu sistemlərin versiya nömrələri buraxılış ilinə uyğunlaşdırılacaq. Şirkət bununla proqram təminatını daha sadə və vahid hala gətirmək, brendinqi istifadəçilər üçün daha ardıcıl və aydın etmək istəyir. Gözləntilərə əsasən bütün əməliyyat sistemləri visionOS interfeysindən ilhamlanmış ümumi vizual üslub əldə edəcəklər. Şəffaflıq effektləri və şüşəyə bənzər materiallar əlavə olunacaq. Eyni zamanda, tətbiqlərin daxilində naviqasiya dəyişəcək, yeni ikonlar təqdim olunacaq və daha müasir dizayn yanaşması tətbiq ediləcək. Tədbir artıq 1 həftə sonra başlayacaq və əsas diqqət Apple ekosisteminin gələcəyinə yönələcək.
    Paylaş