main-post-cover

    Apple robotlaşdırılmış cihazlar üçün yeni nəsil süni zəka köməkçisi üzərində çalışır

    Proqram Təminatı
    28.08.2024
    Emil Nəcəfov
         Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkətinin süni zəka ilə bağlı böyük planları var. Belə ki, insayder bildirib ki, Apple hal-hazırda gələcəkdəki robotlaşdırılmış cihazlar üçün nəzərdə tutulmuş yeni nəsil virtual köməkçi üzərində çalışır. Bununla belə söhbət, Siri-nin yeni nəsil versiyasından getmir. İnsayder qeyd edib ki, Siri şirkətin hal-hazırda mövcud cihazları üçün nəzərdə tutulub. Söhbət, iPhone, iPad, Mac və s. cihazlardan gedir.
         Bununla belə şirkət generatiov süni zəka əsaslı yeni virtual köməkçi interfeysi üzərində işlər aparır. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə məlumat ortaya çıxdı ki, Apple ekrana sahib robotlaşdırılmış əl üzərində çalışır və bu cihaz şirkətin yeni növ cihazlar kateqoriyasına daxil olacaq. Apple tərəfindən paralel olaraq hazırlanan yeni virtual köməkçinin də məhz qeyd edilmiş cihaza və şirkətin gələcəkdə ola biləcək digər robotlaşdırılmış cihazlarına inteqrasiya ediləcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple gələn ay yeni iPad mini planşetini təqdim edə bilər
    apple-gelen-ay-yeni-ipad-mini-plansetini-teqdim-ede-biler
    iPhone 16-nın təqdimatı rəsmi şəkildə elan edilib
    iphone-16-nin-teqdimati-resmi-sekilde-elan-edilib
    Nəyə görə Apple Vision Pro kütləvi məhsul ola bilmədi?
    neye-gore-apple-vision-pro-kutlevi-mehsul-ola-bilmedi
    iPhone 16-nın təqdimat tarixi məşhur insayder tərəfindən təsdiqlənib
    iphone-16-nin-teqdimat-tarixi-meshur-insayder-terefinden-tesdiqlenib
    iPhone 16-ların kamera imkanları və özəllikləri ortaya çıxıblar
    iphone-16-larin-kamera-imkanlari-ve-ozellikleri-ortaya-cixiblar