
Apple şirkəti Apple ID-nin adını dəyişməyi planlaşdırır
Proqram Təminatı
29.02.2024
Görünür, Apple şirkəti öz ən məşhur brendlərindən birinin adını dəyişmək niyyətindədir. Belə ki, ortaya çıxmış məlumata əsasən şirkət Apple ID-nin adını Apple Account ilə əvəz edəcək. Məlumatda qeyd edilib ki, şirkət Apple ID-nin adının dəyişdirilməsi istiqamətində hələ təcrübələr aparır. Lakin onun yeni adı artıq bu il ərzində təqdim oluna bilər. Çox güman ki, bu ya iOS 18-in təqdimatı ya da onun stabil versiyasının istifadəyə verilməsi zamanı baş tutacaq. Apple ID-nin sadəcə olaraq Apple istifadəçi hesabı mənsasını verdiyinə baxmayaraq artıq uzun zamandır ki, o, sanki şirkətin ayrıca bir əmtəə nişanına çevrilib.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...