
Apple süni zəka üzrə innovasiyalarını iOS 18-in tərkibində təqdim edə bilər
Proqram Təminatı
25.01.2024
Emil
Analitiklərin sözlərinə əsasən Apple şirkəti süni zəka sahəsində innovasiyalarını iOS 18 tərkibində təqdim edə bilər. Onların fikirlərinə əsasən bu, iyun ayında keçiriləcək WWDC 2024 konfransı zamanı baş tutacaq. Apple son illərdə süni zəka startaplarına külli miqdarda investisiyalar yatırıb. Məlumata əsasən hal hazırda aktual olan iPhone və Apple Watch modelləri süni zəka funksiyalarının çalışmaları üçün lazımi performanslı çiplərə sahibdirlər. Mütəxəssislər düşünürlər ki, şirkətin süni zəka funksiyaları ilk növbədə Siri səsli köməkçisini əhatə edəcəklər. Hər yeni iOS versiyasının ənənə üzrə yay fəslində təqdim olunduğu üçün yaxın aylar ərzində bu süni zəka funksiyaları ilə bağlı yeni məlumatlar ortaya çıxa bilər.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
