main-post-cover

    Apple və OpenAI şirkətləri WWDC 2024 çərçivəsində birgə şəkildə böyük elana hazırlaşırlar

    Proqram Təminatı
    20.05.2024
    Emil Nəcəfov
         10 iyun tarixində Apple şirkətinin tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2024 konfransı start götürəcək. Bloomberg saytının vermiş olduğu məlumata əsasən 10 iyun tarixində Apple ilə OpenAI birgə şəkildə böyük elan edəcəklər. Məlumatda qeyd edilib ki, bu iki şirkət tərəfindən birgə şəkildə olacaq elan onların əməkdaşlıqlarını əhatə edəcək. Q eyd etmək lazımdır ki, Apple WWDC 2024 konfransı çərçivəsində süni zəka funksiyalarına sahib iOS 18-i təqdim edəcək. Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən iOS 18-də süni zəka ekosisteminin istifadəsi mövzusunda Apple şirkəti OpenAI ilə danışıqlar aparır və keçirilən danışıqlar artıq yekunlaşma mərhələsindədir.
         Bəlkə də tərəflər arasındakı danışıqlar artıq yekunlaşıb. Gözləntilərə əsasən bu danışıqlar nəticəsində OpenAI şirkətinin ChatGPT çat-botu birbaşa iOS sisteminə inteqrasiya ediləcək. Bloomberg həmçinin qeyd edib ki, Apple süni zəka əsaslı funksiyaları lokal olaraq cihazlarda istifadəyə verməklə yanaşı onları bulud servislər üzərindən də təklif edəcək. Daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, Apple süni zəka imkanlarının istifadəsi mövzusunda üstəlik Google ilə də danışıqlar aparır. Lakin görünür, Apple ilə Google arasında bu mövzuda razılaşma əldə edilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 seriyası üçün iki yeni rəng variantı ortaya çıxıb!
    iphone-16-seriyasi-ucun-iki-yeni-reng-varianti-ortaya-cixib
    İtmiş əşyaların axtarışı üçün nəzərdə tutulmuş növbəti Apple AirTag trekeri son hazırlanma mərhələsindədir
    itmis-esyalarin-axtarisi-ucun-nezerde-tutulmus-novbeti-apple-airtag-trekeri-son-hazirlanma-merhelesindedir
    iPhone 16 Plus smartfonu iPhone tarixinin son Plus modeli ola bilər
    iphone-16-plus-smartfonu-iphone-tarixinin-son-plus-modeli-ola-biler
    4-cü nəsil iPhone SE nə zaman təqdim olunacaq?
    4-cu-nesil-iphone-se-ne-zaman-teqdim-olunacaq
    iPhone 16 Pro Max bir dəfə şarj olunandan sonra daha uzun müddət ərzində çalışa bilər
    iphone-16-pro-max-bir-defe-sarj-olunandan-sonra-daha-uzun-muddet-erzinde-calisa-biler