
Apple Vision Pro üçün nəzərdə tutulmuş tətbiqlərin sayı 1000-ə çatıb
Proqram Təminatı
14.02.2024
Emil
Apple Vision Pro 2 fevral tarixində ABŞ-da satışa çıxdı. Satışa çıxdığı gündən Apple Store mağazalarında Vision Pro qıtlığı yaşanmağa başladı. İndi isə Vision Pro-nun sahib olduğu ekosistemin hansı inkişaf prosesində olduğu məlum olub. Apple şirkətinin ilk qarışıq reallıq cihazı satışa çıxan zaman App Store-da onun üçün nəzərdə tutulmuş 600 ədəd tətbiq var idi. Apple şirkətinin marketinq üzrə vitse-prezidenti Greg Joswiak bildirib ki, satışlara start verilməsindən qısa müddətin keçməsinə baxmayaraq App Store-da bilavasitə Apple Vision Pro üçün nəzərdə tutulmuş tətbiqlərin sayı 1000-ə çatıb.
Vision Pro ilə uyğunlaşa bilən tətbiqlərin sayı isə 1.5 milyon təşkil edir. Greg Joswiak qeyd edib ki, bu göstəricilər yalnız yüksəlməyə davam edəcəklər. Qeyd etmək lazımdır ki, böyük şirkətlərin heç də hamısı Vision Pro üçün öz tətbiqlərinin xüsusi versiyalarını hazırlamır. Məsələn Netflix ilə Spotify bu cür ideyadan imtina ediblər. Bu şirkətlərin fikirlərinə əsasən onların App Store-da olan standart tətbiqləri Vision Pro üçün kifayətdir. İlk növbədə Google da Youtube videoservisinin Vision Pro üçün xüsusi versiyasının hazırlanmasından imtina etmişdi. Lakin daha sonra şirkət öz fikrini dəyişdi və hal hazırda qarışıq reallıq üçün nəzərdə tutulmuş xüsusi Youtube tətbiqini hazırlayır.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
