
Baidu-nun Ernie çat-botunun istifadəçi kütləsi 100 milyona çatıb
Proqram Təminatı
30.12.2023
Emil
Çinin İT nəhənglərindən biri olan Baidu şirkətinin süni zəka əsaslı Ernie adlı çat-botunun istifadəçi kütləsi 100 milyona çatıb. Bu barədə məlumatı şirkətin texniki direktoru Wang Haifeng verib. Qeyd etmək lazımdır ki, ChatGPT-nin analoqu hesab edilən Ernie çat-botu bu ilin mart ayında məhdud sayda istifadəçi arasında istifadəyə verilmişdi. Sentyabr ayında isə çat-bot bütün istifadəçilərə təqdim edildi. Baidu tərəfindən çat-botun istifadəyə verilməsi öz növbəsində Çinin digər İT şirkətlərini öz süni zəka əsaslı çat-botlarını yaratmalarına sövq etdi. Məlumata əsasən Ernie Çin bazarında çat-botların reytinqləri arasında liderlərdən biridir.
Paylaş
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
