
Bing axtarış sisteminə Deep Search adlı yeni süni zəka funksiyası əlavə edilib
Proqram Təminatı
07.12.2023
Emil
Microsoft şirkəti özünün Bing axtarış sisteminə yeni süni zəka funksiyasını inteqrasiya edib. Bing-in əldə etmiş olduğu yeni funksiya istifadəçiləri daha dəqiq axtarış sorğularının qeyd edilməsindən azad edəcək. GPT-4 əsasında çalışan yeni funksiya Deep Search adını əldə edib. Funksiyanın əsas məğzi istifadəçinin axtarış sorğusunun genişləndirilməsidir. Bunun sayəsində axtarış sistemi axtarış sorğusuna müvafiq olan nəticələri təqdim edir. İstifadəçi sözügedən funksiya sayəsində axtarış sorğusu üzrə daha dolğun nəticələri əldə edə bilər. Belə ki, Bing-in əsasında dayanan GPT-4 süni zəka modeli axtarış sorğusunun bütün axtarış məqsədlərini təyin etməyə çalışır. Məlumata əsasən Deep Search funksiyası vasitəsilə axtarış sorğusunun emalı 30 saniyə çəkir.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
