Logo
    main-post-cover

    Bing Google-un axtarış trafikinin bir hissəsini özünə çəkə bilib

         2 il əvvəl Microsoft öz axtarış sistemi olan Bingsüni intellekt funksiyaları əlavə edəndə, bu addım Google-un meydanına çıxmaq və axtarış bazarındakı payını artırmaq məqsədi daşıyırdı. İndi isə aydın olur ki, Microsoft-un planı uğurlu olub: şirkət həm ABŞ-da, həm də qlobal miqyasda Google-un hesabına veb-axtarış bazarında öz payını artırmağı bacarıb. Rüblük maliyyə hesabatında Microsoft bildirib ki, axtarış və xəbər reklamlarından ümumi gəliri ötən maliyyə ilində (30 iyun tarixində başa çatıb) 1.6 milyard dollar və ya 13% artıb. Trafik cəlbetmə xərcləri (TAC) nəzərə alınmadan isə xalis gəlir 20% artıb - bu artım axtarış sorğularının sayının və hər sorğudan əldə olunan gəlirin artması ilə izah olunur.
         Bing-də sorğu sayındakı artım artıq 1 ildən çoxdur ki, müşahidə olunur və Microsoft-un axtarış bölməsinin rəhbəri Jordi Ribas bu həftə X sosial şəbəkəsində bildirib ki, şirkət masaüstü veb-axtarış bazarında da payını artırıb. Comscore statistikasına əsasən, hazırda Bing-in ABŞ axtarış bazarındakı payı 29%, Google-un payı isə təxminən 60% təşkil edir. Microsoft-un bazar payı, 2023-cü ilin fevralında Bing Chat istifadəyə verildiyi vaxtla müqayisədə 2.1% artıb. Son 2 il ərzində dünyada masaüstü axtarış seqmentində Bing-in bazar payı 3.4% artaraq 11.6%-ə çatıb. Həm StatCounter, həm də Comscore qeyd edir ki, bu dövrdə Google-un payı dünya üzrə 6.1%, ABŞ-da isə 1.2% azalıb.
         Bu kiçik faiz fərqləri əslində milyardlarla dollarlıq reklam gəlirləri deməkdir. Microsoft-un maliyyə məsələləri üzrə vitse-prezidenti 2 il əvvəl, Bing Chat istifadəyə verilən vaxt belə demişdi: “Axtarış reklam bazarında hər bir faiz artım, reklam biznesimiz üçün 2 milyard dollarlıq gəlir imkanıdır”. Lakin yalnız masaüstü axtarışı deyil, eyni zamanda planşetlər və smartfonları da nəzərə alsaq, Bing-in nailiyyətləri o qədər də təsirli görünmür. StatCounter-in məlumatına görə, Bing-in bütün platformalarda qlobal bazar payı cəmi 4%, Google-un isə təxminən 90%-dir. Bu isə o deməkdir ki, Microsoft-un Windows sistemində istifadəçiləri Bing və Edge brauzerinə yönləndirmək üçün atdığı addımlar masaüstü axtarış bazarına mobil seqmentdən daha çox təsir edir.
    Paylaş