Bir Reddit istifadəçisi Android telefonuna Windows 11 quraşdırmağı bacarıb!
Proqram Təminatı
10.12.2024
Farid
Bir Reddit istifadəçisi Android telefonuna Windows 11 yükləməyi bacarıb. Ancaq nəticələr bunun o qədər də yaxşı fikir olmadığını göstərib.
"anH0I" istifadəçi adına sahib Reddit istifadəçisinin paylaşdığı görüntüyə aşağıdakı fotodan baxa bilərsiniz. Telefonun ekranında Windows 11-in yükləndiyi birbaşa görünür. İstifadəçinin bildirdiyinə görə, bunu Android telefonlara Windows yükləməyə imkan verən Renegade Project vasitəsilə həyata keçirib. Ancaq bu vasitədən istifadə etməklə belə sistemi düzgün işlətmək təxminən 8 saat vaxt aparıb. Yəni bu, asan bir proses deyil.
Paylaşımı görən insanlar dərhal şərhlərdə bu Android cihazda Windows 11-in necə işlədiyi ilə bağlı suallar ünvanlayıblar. Təxmin edəcəyiniz kimi, bu əməliyyat sistemi, bu cihazda çox da uğurlu nəticələr verməyib. İstifadəçinin verdiyi məlumata görə, Windows 11 yükləndikdən sonra cihazın batareya ömrü çox pis vəziyyətə düşüb. Batareyanın tam boşalması 2.5 saata qədər azalıb. Üstəlik, hər hansı sürətli enerji doldurma sürücüsü olmadığı üçün cihaz çox yavaş şəkildə enerji yığır. Bununla yanaşı, telefonun çox tez bir zamanda həddindən artıq qızdığını da əlavə edib. Yəni başa düşəcəyiniz kimi, hər nə qədər maraq doğurucu olsa da, telefona Windows 11 yükləmək heç də məntiqli deyil.
Paylaş
Bənzər xəbərlər
Təhlükəsizlik
Microsoft-un proqram təminatının lisenziya sistemi sındırılaraq ömürlük aktivasiya təmin edilib!
Massgrave adlı bir haker qrupu, kəşf etdikləri boşluqla Windows Vista-dan Windows 11-ə qədər demək olar ki, bütün Windows və Office versiyalarını daimi olaraq aktivləşdirə bildiklərini paylaşıb.
Sosial Media
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!
Əməliyyat sisteminin versiyası köhnəlmiş smartfonlar üçün WhatsApp dəstəyi dayandırılır. 2025-ci ildə WhatsApp dəstəyinin kəsiləcəyi iPhone və Android cihazlar bunlardır...
Proqram Təminatı
Google yeni Android smartfona keçidi sadələşdirəcək
Google şirkəti Android cihazlar üçün nəzərdə tutulmuş Restore Credentials adlı yeni funksiyanı təqdim edib. Bu funksiya istifadəçi üçün yeni Android smartfona keçid prosesini sadələşdirir.
Təhlükəsizlik
Android fırıldaqçı zəngləri sizin əvəzinizə cavablayacaq!
Google telefon fırıldaqçılığına qarşı mübarizəsində mühüm bir addım atmağa hazırlaşır. Google Telefon tətbiqinin beta versiyasında aşkar edilmiş yeni kodlar, fırıldaqçılıq haqqında hesabat sistemində əhəmiyyətli təkmilləşmədən xəbər verir.
Proqram Təminatı
Google şirkəti ChromeOS ilə Android-i birləşdirməyi planlaşdırır
Verilmiş yeni məlumata əsasən Google şirkəti ChromeOS ilə Android-in birləşdirilməsi üzərində çalışır.
Ən çox oxunanlar