Logo
    main-post-cover

    Britaniya bankları hələ də 60-cı, 70-ci illərin proqram təminatları vasitəsilə çalışırlar

         Baringa konsaltinq şirkətinin keçirdiyi sorğuda iştirak etmiş 200 britaniya bankının nəticələrinə görə, bankların 16%-i hələ də ötən əsrin 60-cı illərində yazılmış proqram təminatından istifadə edir, təxminən 40%-i isə 70-ci illərin proqram təminatına güvənir. Məlum olub ki, bankların 50%-i yalnız pensiya yaşında və ya pensiya ərəfəsində olan bir və ya iki əməkdaşın anlaya bildiyi proqram təminatı ilə işləməyə davam edir. Əlavə olaraq, 31.5% bank köhnəlmiş sistemlərin başa düşülməsində pensiya yaşına çatmamış bir və ya iki əməkdaşın köməyindən istifadə etdiyini bildirib. 38 bank isə hələ də fiziki sistemlərdə, o cümlədən perfokartlarda işləmək üçün yaradılmış kodla çalışdıqlarını qeyd edib, daha 15%-i isə bütöv otaqları tutan mainframe kompüterləri üçün nəzərdə tutulmuş proqram təminatı ilə işləyir.
         Mürəkkəb texnoloji komplekslərin fəaliyyət göstərdiyi təşkilatlarda köhnəlmiş texnologiyaların yığılması qaçılmazdır. Banklar müxtəlif ölkələrdə milyonlarla müştəriyə xidmət göstərirlər və texnoloji platformalar yeniləndikdə hər dəfə bütün infrastrukturunu sıfırdan qurmaq imkanına malik deyillər. Digər tərəfdən, 60 il əvvəl yazılmış proqram təminatı ilə işləmək heyrət doğurmaya bilməz. Məsələn, banklardan birində bankomat şəbəkəsini Windows NT üzərində işləyən, üzərinə yenilənmələr quraşdırılmış serverlər idarə edir. Başqa bir halda isə 70-ci illərdə yazılmış və o dövrdə etibarlı maliyyə və inzibati sistemlər üçün əsas hesab edilən Cobol dilində hazırlanmış bank sistemləri aşkarlanıb. Böyük Britaniyanın bank sektorunda aparıcı mütəxəssislərdən biri, adının açıqlanmasını istəməyən şəxs, 60-cı, 70-ci və 80-ci illərdə yaradılmış sistemlərlə işləməli olduğunu təsdiqləyib.
         Belə sistemlər çoxdur və onların uzunömürlü olmasının səbəbi sürətli və etibarlı olmalarıdır - onlar böyük həcmdə tranzaksiyaları düzgün icra edirlər. Lakin banklar bu sistemlərdən imtina etməyə məcburdurlar: köhnə mütəxəssislər təqaüdə çıxır, gənclər isə Cobol öyrənmək istəmirlər. Ekspertlər xəbərdarlıq edirlər ki, köhnə proqram təminatından qaynaqlanan 2 əsas problem var. Birincisi, onunla işləyə bilən əməkdaşların sayı azalır və nasazlıqlar daha böyük təhlükəyə çevrilir. İkincisi, köhnəlmiş həllər nadir hallarda çevik olur - nəticədə nadir mütəxəssisləri işə götürmək lazım gəlir ki, bu da sistemlərin xidmət xərclərini artırır və müştərilərin tələblərinə tez cavab vermə imkanını azaldır.
    Paylaş
    Bənzər xəbərlər