main-post-cover

    Büdcəli Samsung Galaxy A14 5G smartfonu OneUI 6.1 istifadəçi interfeysini əldə etməyə başlayıb

    Proqram Təminatı
    23.05.2024
    Emil Nəcəfov
         Samsung şirkəti özünün büdcəli və orta büdcəli smartfonlarında OneUI 6.1 istifadəçi interfeysini istifadəyə verməyə davam edir. Bu dəfə növbə Galaxy A seriyasının daha bir modelinə çatıb. Söhbət, Galaxy A14 5G smartfonundan gedir. Beləliklə Galaxy A14 5G smartfonu OneUI 6.1-i əldə etmiş ilk büdcəli smartfonlardan biri olub. Sistem yenilənməsi sözügedən smartfon üçün A146PXXU7DXD3 nömrəsi altında istifadəyə verilib.
         O, Galaxy A14 5G-nin ilk növbədə Mərakeş, Cənubi Afrika, İndoneziya, Malayziya, Sinqapur, Tayland, Tunis, Vyetnam, Səudiyyə Ərəbistanı və Birləşmir Ərəb Əmirlikləri kimi regionlarının istifadəçiləri üçün aktiv olub. Lakin yaxın zamanda OneUI 6.1 istifadəçi interfeysi Galaxy A14 5G-nin digər ölkələrdəki istifadəçiləri üçün də aktiv olacaq. Büdcəli smartfon olduğundan Galaxy A14 5G OneUI 6.1 sayəsində Galaxy AI ekosisteminin süni zəka funksiyalarını əldə etməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung-un bu il hansı smart saatları təqdim edəcəyi açıqlanıb
    samsung-un-bu-il-hansi-smart-saatlari-teqdim-edeceyi-aciqlanib
    Samsung Galaxy Ring smart üzüyünün satış qiymətləri açıqlanıb
    samsung-galaxy-ring-smart-uzuyunun-satis-qiymetleri-aciqlanib
    Samsung, OLED-i əvəz edən dünyanın ilk QD-LED ekran panelini təqdim edib!
    samsung-oled-i-evez-eden-dunyanin-ilk-qd-led-ekran-panelini-teqdim-edib
    Samsung Snapdragon X Elite prosessoru vasitəsilə çalışan Galaxy Book 4 Edge noutbukunu təqdim edib - QİYMƏTİ
    samsung-snapdragon-x-elite-prosessoru-vasitesile-calisan-galaxy-book-4-edge-noutbukunu-teqdim-edib-qiymeti
    Samsung Galaxy Z Flip 6-nın əsas arxa kamera göstəriciləri ortaya çıxıb
    samsung-galaxy-z-flip-6-nin-esas-arxa-kamera-gostericileri-ortaya-cixib