
Cənubi Koreyada DeepSeek hamı üçün qadağan edilib
Proqram Təminatı
17.02.2025
Emil
Bu ayın əvvəlində məlum oldu ki, Cənubi Koreya hökuməti dövlət qurumlarında süni zəka əsaslı çat-bot olan DeepSeek-ə girişin bloklayıb. İndi isə bu tətbiqin yüklənməsinə qoyulmuş qadağa bütün Cənubi Koreya ərazisindəki istifadəçilərə şamil edilib. Çünki DeepSeek-in şəxsi məlumatlarla işləmə metodları yerli qanunvericiliyin tələblərinə cavab vermir. Bu barədə Cənubi Koreyanın Şəxsi Məlumatların Mühafizəsi Komissiyası (PIPC) məlumat yayıb.
Komissiyanın apardığı araşdırma DeepSeek-in Cənubi Koreya hökumətinin şəxsi məlumatların emalı, saxlanması və qorunması ilə bağlı tələblərinin bir neçəsini yerinə yetirmədiyini aşkar edib. Çin şirkəti fəaliyyət metodlarını Cənubi Koreya qanunvericiliyinə uyğunlaşdıran kimi, DeepSeek-in yüklənməsinə qoyulan qadağa aradan qaldırılacaq. Hazırda Cənubi Koreyadakı istifadəçilərin əksəriyyəti DeepSeek-in infrastrukturuna birbaşa çıxış imkanını saxlayır, lakin tətbiqi yenidən yükləmək mümkün deyil. Keçən həftə Cənubi Koreyada DeepSeek-in rəsmi nümayəndələri fəaliyyətə başladı.

Məhz bu zaman yerli tənzimləyici qurumlar müəyyən ediblər ki, Çin şirkəti şəxsi məlumatların qorunması sahəsində Cənubi Koreya qanunvericiliyinin bir sıra tələblərini pozur. Məlum olduğu kimi, İtaliya artıq keçən ay DeepSeek-in ölkə ərazisində fəaliyyətini bloklamışdı. Bununla yanaşı, Çin Xarici İşlər Nazirliyinin nümayəndələri bildiriblər ki, hökumət heç vaxt özəl şirkətləri və ya fərdi şəxsləri xarici ölkələrin qanunlarını pozaraq məlumat toplamağa və ya saxlamağa məcbur etmir və belə bir addım atmaz. Çin hökuməti şəxsi məlumatların məxfiliyinə böyük hörmətlə yanaşır və onların qorunmasını yerli qanunlarla təmin edir.
Mənbə: Reuters
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
