
ChatGPT 6 aydan az müddətdə həftəlik istifadəçi kütləsini 2 dəfə böyüdüb
Proqram Təminatı
10.03.2025
Emil
OpenAI-nin ChatGPT xidməti keçən ilin ikinci yarısında sabit şəkildə böyüməyə qayıtdı. Bu barədə Andreessen Horowitz vençur fondunun son hesabatında qeyd edilib. 2023-ün noyabr və 2024-ün avqust dövründə ChatGPT-nin həftəlik aktiv istifadəçi sayı 100 milyondan 200 milyona yüksəldi. Şirkət bu göstəricini 2 dəfə artırmağa nail olub. 2022-ci ilin noyabr ayında istifadəyə verildikdən sonra, cəmi 2 ay ərzində ChatGPT-nin aylıq aktiv istifadəçi sayı 100 milyona çatdı. 2023-ün noyabr ayında çat-botun artıq həftəlik 100 milyon aktiv istifadəçisi var idi. 2025-in fevral ayında isə həftəlik aktiv istifadəçi sayı 400 milyona yüksəldi. Andreessen Horowitz fondu qeyd edib ki, ChatGPT-yə ilkin tələbat əsasən onun yeniliyi ilə bağlı idi.

Lakin son böyümə yeni modellərin və funksiyaların istifadəyə verilməsi ilə bağlıdır, xüsusilə də GPT-4o modeli - bu model multimodal imkanlar əlavə edib. 2024-ün aprel-may aylarında GPT 4o-nun istifadəyə verilməsindən sonra ChatGPT-nin istifadəsi kəskin artıb. Bundan əvvəl də səsli rejimə geniş çıxışın açılması, 2023-cü ilin iyul-avqust aylarında ChatGPT-nin istifadəsində növbəti sıçrayışa səbəb olmuşdu. Daha sonra o1 seriyalı “məntiq yürüdən” modellərin istifadəyə verilməsi, 2024-cü ilin sentyabr-oktyabr aylarında ChatGPT-nin istifadəsində yeni artım dalğasına gətirib çıxarıb. Tədqiqatçılar bildiriblər ki, OpenAI-nin ChatGPT xidmətinin mobil cihazlardakı artımı daha stabil və davamlı olub.

Son 1 ildə mobil tətbiqin istifadəçi sayı ayda 5-15% arasında artıb. Hazırda həftəlik 175 milyon istifadəçi ChatGPT-yə mobil cihazlardan daxil olur. Andreessen Horowitz-in hesabatında rəqib xidmətlərin təsiri də araşdırılıb. Məsələn, Çin şirkəti DeepSeek-in tətbiqi, son model versiyalarının buraxılmasından cəmi 10 gün sonra dünya üzrə ikinci yerə yüksəlib. DeepSeek tətbiqləri ChatGPT-nin mobil istifadəçi bazasının 15%-ni cəlb edib. Sensor Tower analitikləri bildiriblər ki, mobil cihazlarda DeepSeek istifadəçiləri, Perplexity və Claude istifadəçiləri ilə müqayisədə bir qədər daha aktivdirlər. Lakin Çin şirkətinin xidməti bu baxımdan hələ də ChatGPT-dən geri qalır.




Mənbə: Andreessen Horowitz
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
ChatGPT dəstəyinə sahib ağıllı qələm təqdim edilib - QİYMƏTİ
Kickstarter platformasında ChatGPT dəstəkli qeyri-adi bir cihaz - AI Smart Pen adlı ağıllı qələm təqdim olunub.

Süni İntellekt
OpenAI yüksək qiymətə elmlər namizədi səviyyəsində süni zəka agentlərini istifadəyə verməyə hazırlaşır
OpenAI yeni süni zəka agentləri seriyasını təqdim etməyə hazırlaşır və bu xidmətlərə giriş üçün aylıq abunə haqqı 2000-20 000$ arasında dəyişəcək.

Süni İntellekt
OpenAI aparıcı institutlar ilə birlikdə NextGenAI konsorsiumunu işə salıb
OpenAI NextGenAI adlı yeni konsorsiumun yaradıldığını elan edib. Bu konsorsiumda ABŞ və Böyük Britaniyanın 15 aparıcı universiteti və tədqiqat institutu iştirak edəcək.

Tech-Biznes
Məhkəmə Elon Musk-ın OpenAI ilə bağlı tələbini rədd edib
Keçən ildən bəri Elon Musk, OpenAI-nin kommersiya fəaliyyətinə keçməsinə və maliyyə resurslarını daha asan cəlb etməsinə imkan verəcək restrukturizasiyasının qarşısını almaq üçün məhkəmə yolu ilə mübarizə aparır.

Proqram Təminatı
OpenAI video tərtibat sistemi Sora-nı ChatGPT-yə inteqrasiya etməyi planlaşdırır
OpenAI, süni zəka əsaslı video tərtibat sistemi olan Sora-nı məşhur ChatGPT çat-botuna inteqrasiya etməyi planlaşdırır. Bu barədə şirkət rəhbərliyi Discord sessiyası zamanı açıqlama verib.
Ən çox oxunanlar

Okean axınları küləkdən 2.5 dəfə daha çox enerji generasiya edə bilirlər
