Logo
    main-post-cover

    ChatGPT bulud yaddaşlardakı fayllarla işləməyi öyrənib

    Proqram Təminatı
    05.06.2025
    Emil
         ChatGPT biznes istifadəçiləri üçün bulud yaddaş sistemləri ilə işləməyi öyrənib. İndi süni zəka Google Disk, Dropbox, Box, SharePointOneDrive platformalarına qoşularaq şirkətlərin daxili sənədləri əsasında məlumat axtara və dərin analiz (deep research) apara bilər. Çat-bot həmçinin görüşləri yazıb canlı yayımlaya, taymkodlarla qeydlər yarada, əsas məqamları seçə və müzakirələr əsasında fəaliyyət təklifləri təqdim edə bilir. İstifadəçilər bu qeydlərdə sənədlərdəki kimi axtarış edə biləcəklər.
         Bundan əlavə, tapşırıqlar avtomatik olaraq OpenAI-nin mətn və kod yazma layihələri üçün nəzərdə tutulmuş Canvas alətinə köçürülə bilər. Qeyd olunur ki, yeni funksiya istifadəçilərin giriş icazələrini də nəzərə alır. Məsələn, əgər əməkdaşın hər hansı bir faylı görmək icazəsi yoxdursa, ChatGPT ona həmin fayldan heç bir məlumat təqdim etməyəcək. OpenAI müştəriləri həmçinin MCP (Model Context Protocol) protokolu vasitəsilə qarşılıqlı əlaqə qura bilərlər.
        Bu protokol daha dərin analiz üçün digər alətlərə qoşulmağa imkan verir. MCP dəstəyi Pro, Team Enterprise tarif planlarının abunəçiləri üçün əlçatandır. Bundan əlavə, şirkət HubSpot, Linear və bəzi MicrosoftGoogle alətləri üçün dərin əlaqələr (deep research connectors) adlı beta versiya funksiyasını istifadəyə verib. Bu alətlər vasitəsilə ChatGPT həm şirkətin daxili məlumatlarından, həm də internetdən istifadə edərək analitik hesabatlar hazırlaya bilir. Bu funksiya ödənişli tarif planlarındakı bütün istifadəçilər üçün əlçatandır.
    Paylaş