
ChatGPT-də internet üzərindən məlumatların axtarılması funksiyası istifadəyə verilib
Proqram Təminatı
01.11.2024
Emil
OpenAI şirkəti ChatGPT daxilində veb axtarış funksiyasını istifadəyə verib. Bu funksiya vasitəsilə istifadəçilər internetdəki məlumatları çat-bot üzərindən axtara biləcəklər. ChatGPT Search adını əldə etmiş bu yeni funksiya birbaşa ChatGPT-yə inteqrasiya edilib. O, cavabları müvafiq veb mənbələrə olan linklərlə birlikdə təqdim edir. Beləliklə istifadəçilər aktual xəbərləri, idman nəticələrini, səhmlər barəsində məlumatları və s. əldə edə bilərlər. Qeyd etmək lazımdır ki, şirkət daha öncə bu funksiyanın prototipi olan SearchGPT-ni test edirdi. Lakin indi funksiya ChatGPT Search adı altında ChatGPT-nin bütün platformalardakı tətbiqləri üçün istifadəyə verilib. Qeyd etmək lazımdır ki, yeni funksiyadan hal-hazırda ChatGPT-nin yalnız ödənişli versiyalarının istifadəçiləri faydalana bilərlər. ChatGPT-nin pulsuz versiyasının istifadəçiləri isə ChatGPT Search funksiyasını növbəti aylar ərzində əldə edəcəklər.

Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
