Logo
    main-post-cover

    ChatGPT-də “yaddaş”dan istifadə etməklə fərdiləşdirilmiş internet axtarışı funksiyası istifadəyə verilib

    Proqram Təminatı
    21.04.2025
    Emil
         OpenAI şirkəti ChatGPT-də “yaddaş”dan istifadə etməklə fərdiləşdirilmiş internet axtarışı funksiyasını təqdim edib. Memory with Search adlanan bu yenilik o3 o4-mini modelləri ilə birlikdə təqdim olunub və artıq ChatGPT-də əlçatandır. Bu funksiya süni zəkanın istifadəçinin əvvəlki sorğularından əldə etdiyi məlumatları nəzərə alaraq daha dəqiq və faydalı veb-axtarış aparmasına imkan verir. OpenAI-nin rəsmi yardım mərkəzində yayımlanmış məlumata görə, yeni funksiya istifadəçi üstünlüklərini yadda saxlamaq bacarığı ilə Bing və ya digər axtarış sistemləri üzərindən işləyən onlayn axtarış funksiyasını özündə birləşdirir.
         İndi ChatGPT əvvəlcədən təqdim olunmuş sevimli yeməklər, ünsiyyət tərzi və digər maraqlar kimi məlumatları nəzərə alaraq axtarış nəticələrini istifadəçinin zövqünə uyğun şəkildə fərdiləşdirə bilir. Məsələn, əgər bir istifadəçi ChatGPT ilə tez-tez yapon mətbəxini müzakirə edibsə, bot bu məlumatdan istifadə edərək restoranlar, reseptlər və ya mədəniyyətlə bağlı məlumatları axtararkən daha uyğun nəticələr təqdim edə bilər. Xatırladaq ki, ChatGPT-də yaddaş funksiyası hələ 2024-cü ilin əvvəlində təqdim olunmuşdu, lakin bu vaxta qədər internetdə məlumat axtarışı zamanı istifadə olunmurdu. TechCrunch nəşrinin qeyd etdiyi kimi, Memory with Search funksiyası OpenAI-nin ChatGPT-ni rəqib çat-botlardan, məsələn, Anthropic şirkətinin Claude Google-un Gemini modellərindən fərqləndirməyə yönəlmiş davamlı səylərinin bir hissəsidir.
         Qeyd edək ki, Gemini də yaddaş funksiyası təklif edir. Vacib məqamlardan biri odur ki, istifadəçilər ChatGPT-nin “yaddaş” funksiyasını özləri idarə edə bilirlər - onu baxışdan keçirə, silə və ya tamamilə deaktiv edə bilərlər. OpenAI bildirib ki, məxfilik məsələləri şirkət üçün prioritet olaraq qalır: Məlumatlar yalnız konkret istifadəçi ilə qarşılıqlı əlaqəni yaxşılaşdırmaq məqsədilə istifadə olunur və üçüncü şəxslərə ötürülmür. Hazırda bu funksiya məhdud sayda istifadəçiyə əlçatandır, lakin OpenAI yaxın həftələrdə onun geniş istifadəyə veriləcəyini vəd edir. Əvvəlki kimi, bu funksiya yalnız Plus abunəliyi olan ChatGPT versiyasında, GPT-4 Turbo modeli ilə işləyəcək.
    Mənbə: Techcrunch
    Paylaş
    Bənzər xəbərlər
    chatgpt-il
    Süni İntellekt

    ChatGPT ilə nəzakətli ünsiyyət OpenAI-ya milyonlarla dollara başa gəlir

    OpenAI şirkəti hər il ChatGPT-də “təşəkkür edirəm” və “zəhmət olmasa” kimi nəzakətli ifadələrin işlənməsi üçün 10 milyonlarla dollar xərcləyir.
    openai-nin-yeni-suni-zeka-modelleri-o3-ve-o4-mini-daha-cox-halusinasiyaya-meruz-qalirlar
    Süni İntellekt

    OpenAI-nin yeni süni zəka modelləri o3 və o4 mini daha çox halüsinasiyaya məruz qalırlar

    Keçən həftə OpenAI yeni süni zəka modelləri olan o3 və o4-mini-ni təqdim etdi. Bu modellər bir çox baxımdan qabaqcıl olsalar da, əvvəlki versiyalarla müqayisədə daha çox halüsinasiyaya - yəni əminliklə səhv və reallığa uyğun olmayan cavablar verməyə - meyllidirlər.
    yeni-tendensiya-insanlar-chatgpt-vasitesile-sekillerdeki-mekanlari-teyin-edirler
    Proqram Təminatı

    Yeni tendensiya: İnsanlar ChatGPT vasitəsilə şəkillərdəki məkanları təyin edirlər

    İnternetdə sürətlə yayılan yeni və bir qədər narahatedici bir tendensiya ortaya çıxıb. İnsanlar şəkillərdə göstərilən məkanları müəyyən etmək üçün ChatGPT-dən istifadə edirlər. Bu gün OpenAI özünün ən yeni süni zəka modelləri olan o3 və o4-mini-ni təqdim edib.
    openai-suni-zeka-esasli-proqramlasdirma-komekcisi-istehsalcisi-windsurf-u-ala-biler
    Tech-Biznes

    OpenAI süni zəka əsaslı proqramlaşdırma köməkçisi istehsalçısı Windsurf-ü ala bilər

    Bloomberg-in məlumatına görə, süni zəkaya əsaslanan məşhur proqramlaşdırma köməkçisinin istehsalçısı olan Windsurf şirkəti OpenAI tərəfindən təxminən 3 milyard dollara alınması ilə bağlı danışıqlar aparır.
    openai-o3-ve-o4-mini-suni-zeka-modellerini-teqdim-edib
    Süni İntellekt

    OpenAI o3 və o4-mini süni zəka modellərini təqdim edib

    OpenAI şirkəti düşünmə qabiliyyətinin təkmilləşdirilməsinə əsaslanan iki yeni süni zəka modelinin istifadəyə verildiyini elan edib. OpenAI o3 modeli tərtibatçılar tərəfindən “düşünmə qabiliyyətinə malik ən güclü model” kimi təqdim olunur.