
ChatGPT dünyanın ən çox yüklənən tətbiqinə çevrilib
Proqram Təminatı
14.04.2025
Emil
ChatGPT tətbiqi 2025-ci ilin mart ayında ilk dəfə olaraq qlobal yüklənmə reytinqində birinci yeri tutub və Instagram və TikTok kimi nəhəngləri geridə qoyub. Analitik şirkət Appfigures-in məlumatına görə, ChatGPT-nin yüklənmə sayı fevral ayı ilə müqayisədə 28% artaraq 1 ay ərzində təxminən 46 milyon yüklənməyə çatıb. Tətbiqin istifadəyə verildiyi vaxtdan bəri mart ayı OpenAI üçün ən uğurlu ay olub. TechCrunch-un məlumatına görə, yanvar və fevral aylarında liderliyini qorumuş Instagram ikinci yerə düşüb, TikTok isə App Store və Google Play-də üçüncü sıraya yerləşib. Eyni zamanda, ChatGPT-nin məşhurluğunun artması mühüm yeniləmələrlə əlaqələndirilir. Xüsusilə, 1 ildən artıq müddətdən sonra ilk dəfə olaraq şəkil generasiya funksiyaları təkmilləşdirilib.

Bu yenilik istifadəçilərə Ghibli animasiya studiyası üslubunda viral şəkillər və memlər yaratmağa imkan verib və həmin məzmunlar mart ayının sonu və aprel ayının əvvəlində sosial şəbəkələrdə sürətlə yayılıb. Bundan əlavə, OpenAI vizual kontentə dair moderasiya siyasətindəki məhdudiyyətləri yumşaldıb və tətbiqdə səsli rejimi yeniləyib. Bununla belə, analitiklərin fikrincə, məşhurluqda baş verən sıçrayışa təkcə yeni funksiyalar səbəb olmayıb. “Elə təəssürat yaranır ki, ChatGPT sözü artıq felə çevrilir, necə ki, 2000-ci illərdə Google belə olmuşdu. Bir çoxları artıq sadəcə süni zəka deyil, birbaşa ChatGPT deyir” - deyə Appfigures-in qurucusu və baş direktoru Ariel Michaeli bildirib.

Onun sözlərinə görə, Grok və ya DeepSeek kimi rəqiblər də süni zəkaya marağı artırsa da, istifadəçilər yenə də ChatGPT-ni yükləməyə üstünlük verirlər. Təəssüf ki, ChatGPT-nin məşhurluğu digər çat-botların inkişafını çətinləşdirir. Məsələn, Anthropic şirkətinin Claude adlı çat-botu hələlik bu nəticələrə yaxınlaşa bilmir. Grok isə əksinə, bir qədər daha yüksək potensiala malikdir, lakin bu da əsasən Elon Musk-ın şəxsiyyəti və onun məhsulu fəal şəkildə tanıtdıran X platforması sayəsində mümkün olub. Mart ayında ümumdünya reytinqində Facebook, WhatsApp, Telegram, Snapchat və Threads də yer alıblar. Ümumilikdə, ən çox yüklənən 10 tətbiq mart ayında 339 milyon dəfə yüklənib ki, bu da fevral ayı ilə müqayisədə 40 milyon daha çoxdur.
Mənbə: Techcrunch
Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
ChatGPT tətbiqini iPhone 3GS-də işə salmaq mümkün olub
Artıq sirr deyil ki, köhnə iPhone modellərinə bir çox müasir tətbiqləri quraşdırmaq mümkün deyil. Bu ədalətsizliyi qismən də olsa aradan qaldırmaq üçün bag.xml ləqəbli alman tərtibatçı təşəbbüs göstərib.

Proqram Təminatı
ChatGPT-nin yaddaş funksiyası təkmilləşdirilib
OpenAI ChatGPT-də süni zəka çat-botunu daha inkişaf etmiş yaddaşla təchiz edəcək yeni funksiyanın istifadəyə verildiyini elan edib. Bu yeni funksiya çat-botun əvvəlki bütün söhbətlərin məzmununa əsaslanaraq istifadəçiyə uyğunlaşdırılmış cavablar verməsinə imkan yaradacaq.

Süni İntellekt
OpenAI GPT-4.1-i istifadəyə verməyə hazırlaşır
OpenAI yaxın zamanda bir neçə yeni süni zəka modelini təqdim etməyi planlaşdırır. Bunlar arasında GPT-4-ün təkmilləşdirilmiş versiyası olan GPT-4.1 də yer alır.

Tech-Biznes
Elon Musk, OpenAI-ni təqib etdiyinə görə məhkəmədə cavab verə bilər
Təxminən 10 il əvvəl Elon Musk, OpenAI startapının formalaşmasında iştirak etmişdi, lakin ChatGPT-nin uğurunun şirkətin kommersiya potensialını sürətlə artırmasından əvvəl startapı tərk etmişdi.

Cihazlar+
Apple-ın sabiq baş dizayneri Jony Ive tərəfindən hazırlanan süni zəka cihazı zəngetmə xüsusiyyətinə sahib ola bilər
Apple-ın sabiq baş dizayneri Jony Ive hazırda öz şirkəti LoveFrom-un ilk cihazı üzərində işləyir. Ive-in yeni “fərdiləşdirilmiş süni zəka cihazı” barədə ilk detallara əsasən, dizayner tanış bir sahəyə geri qayıda bilər - bu dəfə OpenAI rəhbəri Sam Altman ilə əməkdaşlıq çərçivəsində.
Ən çox oxunanlar

İnsanabənzər robotlar arasında boks döyüşü anons edilib (VİDEO)
