Logo
    main-post-cover

    ChatGPT funksiyaları Samsung Galaxy smartfonlarına inteqrasiya edilə bilər

    Proqram Təminatı
    22.11.2024
    Emil
         OpenAI şirkəti öz texnologiyalarının Galaxy cihazlarına inteqrasiyası mövzusunda Samsung ilə danışıqlar aparır. Ortaya çıxmış məlumata əsasən dünyanın ən böyük smartfon istehsalçısı olan Samsung bu ilin sonuna kimi 200 milyondan çox cihazını Galaxy AI ekosisteminin dəstəyi ilə təmin etmək niyyətindədir. Bu isə öz növbəsində OpenAI üçün geniş imkanlar yaradır. Söhbət, onun Apple ilə olan əməkdaşlığına bənzər imkanlardan gedir.
         Əgər tərəflər arasında razılaşma əldə olunsa, Samsung öz növbəsində OpenAI və illər ərzində partnyoru olduğu Google ilə əməkdaşlıəq tarazlığını təmin etməli olacaq. Məsələ burasındadır k, Google şirkətinin Gemini süni zəka modelləri Galaxy AI ekosistemində istifadə edilir. Qeyd etmək lazımdır ki, bu il OpenAI şirkətinin CEO-su Sam Altman, Samsung-un çip istehsalı ilə məşğul olan zavoduna baş çəkmişdi. Səbəb isə tərəflər arasında süni zəka çiplərinin istehsalı mövzusundakı potensial əməkdaşlığın müzakirəsi idi.
    Paylaş
    Bənzər xəbərlər