Logo
    main-post-cover

    ChatGPT istifadəçi məlumatlarını yaddaşda saxlama funksiyasını əldə edib

    Proqram Təminatı
    01.05.2024
    Farid
         ChatGPT-nin Plus adlı ödənişli versiyası yeni funksiya əldə edib. Çat-botun əldə etmiş olduğu Memory (yaddaş) adlı yeni funksiya onun istifadəçi ilə qarşılıqlı əlaqəsini yaxşılaşdırmağa hədəflənib. Çat-bot sözügedən funksiya vasitəsilə istifadəçi barəsində məlumatları yaddaşında saxlaya bilir. ChatGPT bu və ya digər istifadəçi məlumatlarını avtomatik şəkildə də yaddaşında saxlaya bilir. Lakin OpenAI şirkəti bu və ya digər məlumatların istifadəçinin iştirakı ilə çat-botun yaddaşında saxlanması imkanını təqdim edir. Bunun üçün istifadəçi sadəcə olaraq çat-botdan müəyyən məlumatı yaddaşda saxlamasını istəməlidir.
         OpenAI şirkəti bu yeni funksiyanın istifadəsinə dair sadə bir misal gətirib. İstifadəçi çat-bota öz iti ilə pişiyinin cinslərini və adlarını söyləyir. Daha sonra isə istifadəçi həmin sorğuya müraciət etmədən çat-botdan ev heyvanlarının fotosunu tərtib etməyi istəyir. Nəticədə çat-bot tərəfindən tərtib edilmiş fotoda it ilə pişik əks olunur. Bu və ya digər məlumatın çat-bot yaddaşına yazılması halında çat interfeysində müvafiq bildiriş əks olunur. İstifadəçi həmin bildirişə klikləyərək çat-botun onun barəsində hansı məlumatları yaddaşında saxladığını görə bilər. İstifadəçi öz istəyinə uyğun olaraq həmin məlumatları fərdi şəkildə silə və ya onları deaktiv edə bilər.
    Paylaş