Logo
    main-post-cover

    ChatGPT istifadəçi tərəfindən qeyd edilən faktları yaddaşında saxlaya biləcək

         OpenAI şirkəti ChatGPT-də yeni funksiyanın testinə start verib. Yeni funksiya çərçivəsində istifadəçi ChatGPT-dən bu və ya digər faktı yaddaşında saxlamağı istəyə bilər. Nəticədə gələcəkdə çat-bot istifadəçiyə eyni mövzu barəsində suallar vermək əvəzinə yaddaşında saxlamış olduğu fakt əsasında cavabları tərtib edə biləcək. Sözügedən funksiyadan istifadə olunmadığı halda çat-bot hər bir sessiya zamanı istifadəçidən hər hansısa mövzu ətrafında dəqiqləşdirici məlumatlar istəyir.
         Test edilən yeni funksiya ilə isə müəyyən faktların ChatGPT-nin yaddaşında qalması mümkün olacaq. Bu yeni funksiyanın idarəsi üçün ChatGPT-nin ayarlarına müvafiq bənd əlavə edilib. Xüsusi paneldə çat-botun hansı faktları öz yaddaşında saxladığına baxmaq olar. Bununla yanaşı istifadəçi çat-botun yaddaşından istədiyi faktları silə bilər. Lazımi faktları çat-botun yaddaşına daxil etmək üçün sadəcə olaraq ünsiyyət çərçivəsində ondan bu və ya digər faktı yaddaşında saxlamasını istəmək lazımdır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    ChatGPT istifadəçi tərəfindən qeyd edilən faktları yaddaşında saxlaya biləcək | Technote