
ChatGPT istifadəçilərin tapşırıqlarını tam yerinə yetirməkdən imtina edir
Proqram Təminatı
11.12.2023
Emil
ChatGPT-nin bir çox istifadəçisi GPT-4 əsasında çalışan çat-botun yeni qeyri-adi davranışı ilə qarşılaşıblar. İstifadəçilərin sözlərinə əsasən çat-bot ləng şəkildə çalışmaqla yanaşı suallara dolğun cavabların təqdim edilməsindən imtina edərək tapşırığın yerdə qalan hissəsinin istifadəçi tərəfindən yerinə yetirilməsini təklif edir. OpenAI şirkətinin mütəxəssislərinin sözlərinə əsasən çat-botun bu cür davranışı onların işə saldıqları hər hansısa prosesin nəticəsi deyil.
Görünür, çat-bot bu davranışı özü-özündə formalaşdırıb. İstifadəçilər bildiriblər ki, çat-bot çox zaman hər hansısa proqram təminatı kodunun tam şəkildə tərtib edilməsindən imtina edib. Məsələn o, müvafiq sorğu üzrə ümumi məlumatlar verib və proqram təminatı kodunun yerdə qalan hissəsinin istifadəçi tərəfindən hazırlanmasını təklif edib. OpenAI tərtibatçıları çat-botda bu yeni davranışın olduğunu təsdiqləyiblər və qeyd ediblər ki, onlar bu cür davranışın formalaşması üçün heç bir şey etməyiblər. Buna görə də çat-botun hansı səbəbə görə özünü belə aparması məlum deyil.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
