
ChatGPT-nin Avropa Birliyinin konfidensiallıq qaydalarını pozduğu iddia edilir
Proqram Təminatı
30.01.2024
Emil
İtaliya Məlumatların Müdafiəsi İdarəsi (DPA) belə qənaətə gəlib ki, OpenAI şirkətinin süni zəka əsaslı məşhur ChatGPT çat-botu Avropa Birliyinin özəl məlumatın konfidensiallığına hədəflənmiş GDPR (General Data Protection Regulation) adlı reqlamentinin tələblərinə cavab vermir. İtaliyanın tənzimləyici orqanının aparmış olduğu tədqiqatın nəticələrinə əsasən ChatGPT istifadəçilərin kütləvi şəkildə məlumatlarını yığır və bu proses idarə olunmur.
DPA əmindir ki, yığılan məlumatlar daha sonra süni zəka modellərinin təlimatlandırılmalarında istifadə edilir. Bununla yanaşı DPA-nın fikrincə ChatGPT yetkinlik yaşına çatmamış istifadəçilər üçün qəbuledilməz kontentləri tərtib edə bilir. Beləliklə OpenAI şirkətinin bu iddiaları aradan qaldıra biləcək arqumentlərin təqdim etməsi üçün 30 gün vaxtı var. OpenAI tərəfindən GDPR reqlament qanunlarının pozulması halı təyin olunsa, şirkət illik dövriyyəsinin 4%-i həcmində cərimələnə bilər.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
