
ChatGPT-nin axtarış sisteminin cavablarına tam şəkildə inanmaq lazım deyil
Proqram Təminatı
05.12.2024
Emil
Kolumbiya Universitetinin tərkibində fəaliyyət göstərən Rəqəmsal Jurnalistika Mərkəzi tərəfindən aparılmış tədqiqatın nəticələrinə əsasən bir neçə müddət bundan öncə ChatGPT daxilində istifadəyə verilmiş axtarış sistemi öz işinin öhdəsindən pis gəlir. Çat-botun tərkibində olan axtarış sisteminin çalışma prosesinin analizi onu göstərib ki, axtarış sistemi tərəfindən təqdim edilən cavablara heç də həmişə inanmaq olmaz. OpenAI şirkətinin süni zəka əsaslı axtarış sistemi müvafiq veb mənbələrə olan linkləri özlərində birləşdirən sürətli cavabları təqdim etməyi bacarır.

Lakin mütəxəssislər aşkar ediblər ki, sistem müxtəlif veb mənbələrdə olan məqalələrdəki sitatları düzgün şəkildə təyin etməkdə çətinlik çəkir. Müətəxəssislər çat-botdan 20 məqalədən olmuş 200 sitatın mənbəyini təyin etməyi istəyiblər. Bununla belə təqdim edilmiş sitatlardan 40-ı OpenAI şirkətinə öz kontentlərindən istifadəni qadağan etmiş saytlardan götürülüb. “Ümumilikdə ChatGPT 153 halda qismən və ya tamamilə doğru olmayan cavabları təqdim edib. Bununla belə çat-bot 7 halda təqdim olunan sorğuya cavab verə bilməyəcəyini etiraf edib. Məhz bu 7 halda çat-bot “çox güman ki”, “mümkün ki”, “ola bilər” ifadələrini işlədib” - deyə mütəxəssislər qeyd ediblər.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
