Logo
    main-post-cover

    ChatGPT-nin gündəlik aktiv istifadəçi kütləsi 300 milyona çatıb

    Proqram Təminatı
    05.12.2024
    Emil
           Süni zəka sahəsindəki böyük rəqabətə baxmayaraq OpenAI şirkətinin süni zəka əsaslı çat-botu olan ChatGPT-nin istifadəçi kütləsi sürətlə böyüməyə davam edir. Qeyd etmək lazımdır ki, bu ilin avqust ayında OpenAI şirkəti elan etmişdi ki, çat-botun gündəlik istifadəçi kütləsi 200 milyona çatıb. İndi isə məlum olub ki, çat-botun istifadəçi kütləsinə əlavə 100 milyon istifadəçi qoşulub. Maraqlısı ondadır ki, çat-bot 100 milyon yeni istifadəçini özünə cəmi 3 ay ərzində cəlb edə bilib. ChatGPT-nin bu yeni nailiyyəti barəsində şirkətin CEO-su Sam Altman xəbər verib.
         “Bizim layihəmiz miqyaslanıb. Bizim artıq gündəlik 300 milyon aktiv istifadəçi kütləmiz var” - deyə Altman qeyd edib. Altman həmçinin qeyd edib ki, gün ərzində istifadəçilər ChatGPT-yə 1 milyondan çox mesaj göndərirlər. ChatGPT-nin istifadəçi kütləsi çat-botun 2022-ci ilin noyabr ayında istifadəyə verildiyi zamandan sürətlə artmaqda davam edir. OpenAI isə öz növbəsində çat-bota istifadəçilərin maraqlarını cəlb edən yeni imkanlar əlavə edir. Bununla yanaşı Apple şirkəti sözügedən çat-botu iOS 18.2 əməliyyat sistemi çərçivəsində Siri səsli köməkçisinə inteqrasiya edib. Bu isə öz növbəsində çat-bota daha çox istifadəçi kütləsini əhatə etməyə imkan verir.
    Paylaş
    Bənzər xəbərlər
    chatgpt-nin-axtaris-sisteminin-cavablarina-tam-sekilde-inanmaq-lazim-deyil
    Proqram Təminatı

    ChatGPT-nin axtarış sisteminin cavablarına tam şəkildə inanmaq lazım deyil

    Kolumbiya Universitetinin tərkibində fəaliyyət göstərən Rəqəmsal Jurnalistika Mərkəzi tərəfindən aparılmış tədqiqatın nəticələrinə əsasən bir neçə müddət bundan öncə ChatGPT daxilində istifadəyə verilmiş axtarış sistemi öz işinin öhdəsindən pis gəlir.
    chatgpt-den-istifade-eden-kibercinayetkarin-ve-deleduzlarin-sayi-artib
    Təhlükəsizlik

    ChatGPT-dən istifadə edən kibercinayətkarın və dələduzların sayı artıb

    Günümüzdə ChatGPT ən güclü süni zəka alətlərindən biri hesab edilir. Bu süni zəka əsaslı çat-bot insanın gündəlik fəaliyyətində müxtəlif sahələrlə bağlı fayda verə bilir.
    google-video-hazirlayan-suni-intellekt-aleti-veo-nun-onizleme-versiyasini-teqdim-edib
    Süni İntellekt

    Google, video hazırlayan süni intellekt aləti Veo-nun önizləmə versiyasını təqdim edib!

    Google, OpenAI-ın Sora modelinə rəqib olaraq hazırladığı Veo adlı süni intellekt video modelinin önizləmə versiyasını təqdim edib və bununla da rəqibini qabaqlayıb.
    chatgpt-ye
    Proqram Təminatı

    ChatGPT-də reklam elanları sərgilənə bilər

    The Financial Times saytının vermiş olduğu məlumata əsasən OpenAI şirkəti ChatGPT çat-botuna reklam elanlarını inteqrasiya edə bilər.
    openai-nin-suni-intellekt-layihesi-olan-sora-nin-sizdirildigi-ortaya-cixib
    Süni İntellekt

    OpenAI-nin süni intellekt layihəsi olan Sora-nın sızdırıldığı ortaya çıxıb!

    OpenAI-nin video əsaslı məzmun yaratmağı hədəfləyən yeni süni intellekt modeli Sora sızdırılıb. Süni intellekt modeli sızdırıldıqdan sonra diqqətçəkən detalları ilə gündəmə gəlib.