
ChatGPT-nin həftəlik istifadəçi kütləsi 250 milyona çatıb
Proqram Təminatı
04.10.2024
Emil
Son bir neçə ildə süni zəka texnologiyaları müasir dünyanın ayrılmaz hissəsinə çevrilib. Onlar mətnlərin yazılmasında, tərcümədə, məlumatların axtarışında, fotoların və videoların tərtib olunmasında, proqram təminatı kodunun tərtibatında yardımda və s. istifadə edilir. Heç şübhəsiz süni zəkanın insanlar arasında məşhurlaşmasına təkan verən faktor OpenAI şirkəti və onun ChatGPT çat-botu oldu.
OpenAI şirkətinin təqdim etmiş olduğu yeni statistik məlumata əsasən bütün dünya üzrə ChatGPT-nin həftəlik istifadəçi kütləsi 250 milyona çatıb. Qeyd etmək lazımdır ki, avqust ayında bu göstərici 200 milyon istifadəçi təşkil etmişdi. Beləliklə çat-botun istifadəçi kütləsi 1 aydan bir qədər çox müddət ərzində 50 milyon artıb. Şirkət bu məlumatı 6.6 milyard dollar investisiya cəlb etməsinin fonunda təqdim edib. “Biz, süni zəkanın bütün insanlara faydalı olmasının təmini üçün öz missiyamızda inkişafa doğru gedirik. Hər həftə 250 milyon insan öz iş proseslərinin yaxşılaşdırılması istiqamətində ChatGPT-dən istifadə edir” - deyə şirkət qeyd edib.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
