main-post-cover

    ChatGPT-nin mobil tətbiqinə videolar ilə bağlı imkanlar əlavə edilib (VİDEO)

    Proqram Təminatı
    13.12.2024
    Emil Nəcəfov
         OpenAI şirkəti ChatGPT-nin mobil tətbiqinin funksionallığını genişləndirib. Belə ki, bundan sonra çat-bot real zaman ərzində görə, eşidə və danışa biləcək. Şirkət bu yeni imkanı video vasitəsilə sərgiləyib. Adi mətn göndərilməsi və nitq vasitəsilə əlaqədən əlavə olaraq istifadəçilər bundan sonra çat-bota videozəng edə və ona öz smartfonlarının ekran görüntülərini əks etdirə biləcəklər. Bunun necə çalışdığını videodan görmək olar. ChatGPT bundan sonra smartfon kamerası vasitəsilə ətraf mühiti analiz edə və ətraf mühitdəki obyektləri təyin edə biləcək. Çat-bota ekran görüntüsünü sərgiləməklə isə ondan müəyyən mövzularda məsləhət almaq mümkün olacaq. OpenAI bildirib ki, bu imkanlardan limitli şəkildə istifadə etmək mümkün olacaq. Limitin isə nə qədər təşkil edildiyi çat-bota olan abunəlik növündən asılı olacaq. Gözləntilərə əsasən bu yeni imkanlar ChatGPT Team, PlusPro abunəçiləri üçün artıq gələn həftə istifadəyə veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI-ın mətndən video hazırlayan süni intellekti Sora ilə hazırlanan videolar ağızları açıq qoyub!
    openai-in-metnden-video-hazirlayan-suni-intellekti-sora-ile-hazirlanan-videolar-agizlari-aciq-qoyub
    OpenAI-ın video hazırlayan süni intellekti Sora istifadəyə verilib!
    openai-in-video-hazirlayan-suni-intellekti-sora-istifadeye-verilib
    "ChatGPT su ehtiyatlarını istehlak edir, məhsuldar süni intellektə qarşı tədbirlər görülməlidir"
    chatgpt-su-ehtiyatlarini-istehlak-edir-mehsuldar-suni-intellekte-qarsi-tedbirler-gorulmelidir
    OpenAI şirkətinin o1 adlı süni zəka sistemi nəzarət altından çıxa bilir
    openai-sirketinin-o1-adli-suni-zeka-sistemi-nezaret-altindan-cixa-bilir
    OpenAI CEO-su: "Super zəka səviyyəsinə çatmaq üçün uzun yol keçmək lazım gələcək"
    openai-ceo-su-super-zeka-seviyyesine-catmaq-ucun-uzun-yol-kecmek-lazim-gelecek