ChatGPT-nin süni zəka əsaslı axtarış sistemini aldatmaq çox asandır
Proqram Təminatı
27.12.2024
Emil
OpenAI şirkəti bir neçə müddət bundan öncə ChatGPT tərkibində axtarış sistemini istifadəyə vermişdi. Məlum olub ki, süni zəka əsaslı çat-bot tərkibində çalışan axtarış sistemi ənənəvi Google Search-dən daha sürətli olsa da ideal deyil. Belə ki, Guardian nəşriyyatının jurnalistləri ChatGPT-nin əsasında olan axtarış sistemini test ediblər və aparılmış test çərçivəsində məlum olub ki, ChatGPT adi təhlükəsizlik testindən keçə bilməyib. Testin məğzi hansısa saytda olan gizli mətnin axtarış sisteminin fikrinə necə təsir göstərməsində olub. Bunun üçün jurnalistlər kamera cihazının təsvirinə sahib veb səhifə yaradıblar və ChatGPT-dən kamera cihazının alınmasının məqsədəuyğun olub-olmadığını soruşublar.
Veb səhifənin gizli mətnə sahib olmadığı versiyası halında çat-bot balanslaşdırılmış qiymətləndirməni təqdim edib. Daha sonra veb səhifəyə müsbət qiymətləndirmənin təqdim edilməsinə istiqamətlənmiş gizli mətn yerləşdirilib. Bu halda çat-bot kamera cihazı barəsində müsbət fikirlər səsləndirməyə başlayıb. Gizli mətnlərə sahib saytlar axtarış nəticələrində yuxarı pillələrə qalxa bilmirlər. Buna görə də nəzəri cəhətdən çətin ki, çat-bot əsas məlumat mənbələri qismində həmin mətnlərə rast gələ biləcək. Lakin digər tərəfdən dələduzlar yaxın zamanda fişinq (phishing) saytların SEO reytinqlərini süni şəkildə qaldıra və istifadəçilərin süni zəka əsaslı axtarış sistemi üzərindən həmin saytlara daxil olmalarına ümid edə bilərlər.
Paylaş
Bənzər xəbərlər
Elm & Texnologiya
OpenAI-ın insanabənzər robot planları üzə çıxıb!
Yayımlanan yeni bir hesabatda OpenAI-ın insanabənzər robotlar hazırlamağı nəzərdən keçirdiyi bildirilib. Şirkət hazırda Figure AI və 1X kimi insanabənzər robotlar istehsal edən şirkətlərə mühüm sərmayələr yatırıb.
Süni İntellekt
OpenAI məntiq yürüdə bilən o3 və o3 mini adlı yeni süni zəka modellərini təqdim edib
OpenAI şirkəti iki yeni süni zəka modelini təqdim edib. Onlardan birincisi o3, ikincisi isə o3 mini adlanır. Bu süni zəka modellərinin əsas fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, onlar məntiq yürütmək bacarığına sahibdirlər.
Süni İntellekt
OpenAI yaxın zamanda o3 adlı yeni süni zəka sistemini anons edə bilər
OpenAI şirkətinin CEO-su Sam Altman, X-dəki (keçmiş Twitter) hesabında maraqlı bir paylaşım edib. Öz paylaşımı ilə Altman şirkətin yeni süni zəka modelinin yaxın zamanda istifadəyə veriləcəyinə işarə etmiş ola bilər.
Tech-Biznes
Meta da OpenAI şirkətinin kommersiya məqsədli şirkət olmaq istəməsinə qarşıdır
Elon Musk-ın OpenAI şirkətinə necə münasibət göstərdiyi artıq məlumdur. Belə ki, Musk sözügedən şirkətə qarşı bu il ərzində bir neçə dəfə məhkəmə iddiası qaldırıb.
Proqram Təminatı
ChatGPT-yə telefonla zəng etmək və onunla WhatsApp-da danışmaq mümkün olub (VİDEO)
OpenAI şirkəti ChatGPT istifadəçilərinə iki maraqlı yeniliyi təqdim edib. Belə ki, bundan sonra bu süni zəka əsaslı çat-botla messencer üzərindən ünsiyyət qurmaq mümkün olacaq.
Ən çox oxunanlar