Logo
    main-post-cover

    ChatGPT-nin Windows versiyası çat-botun pulsuz istifadəçiləri üçün də aktiv olub

    Proqram Təminatı
    15.11.2024
    Emil
         OpenAI şirkəti keçən ay ChatGPT tətbiqinin Windows üçün nəzərdə tutulmuş versiyasını istifadəyə verdi. Lakin ondan ödənişli ChatGPT Plus, Enterprise, Team Edu tariflərinin abunəçiləri istifadə edə bilərdilər. İndi isə şirkət rəsmi şəkildə bildirib ki, ChatGPT tətbiqinin Windows versiyası çat-botun pulsuz variantının istifadəçiləri üçün də aktivdir. Beləliklə tətbiqdən ayrı-ayrı istifadəçilər deyil, hamı istifadə edə bilər. Windows istifadəçiləri tətbiqi Microsoft Store-dan yükləyə bilərlər. Çat-botun veb versiyasında mövcud olan funksiyalar tətbiqdə də dəstəklənir. Bura həmçinin mətn formatında təsvirlər əsasında fotoların tərtibatı funksiyası da daxildir.
    Paylaş