
ChatGPT öz cavablarını nitq vasitəsilə təqdim etmə funksiyasını əldə edib
Proqram Təminatı
06.03.2024
Emil
OpenAI şirkəti özünün süni zəka əsaslı ChatGPT çat-botu üçün yeni funksiyanı təqdim edib. Təqdim edilmiş funksiya çat-botun öz cavablarını istifadəçiyə nitq vasitəsilə təqdim etmək imkanını verir. ChatGPT üçün olan bu yeni funksiya Read Aloud adını əldə edib. Sözügedən yeni funksiya ChatGPT-nin Android və iOS üçün nəzərdə tutulmuş tətbiqində artıq istifadəyə verilib.
Funksiyanı aktivləşdirmək üçün sadəcə olaraq çat-bot tərəfindən mətn formatında təqdim edilmiş hər hansısa cavaba klikləyib saxlamaq və ortaya çıxacaq kontekst menyuda Read Aloud bəndini seçmək lazımdır. OpenAI həmçinin bildirib ki, Read Aloud funksiyası tədricən ChatGPT-nin veb versiyasına da inteqrasiya edilir. Veb versiyada funksiyadan istifadə etmək üçün çat-botun mətnli cavabının alt hissəsində yerləşən mikrofon ikonuna klikləmək lazım gələcək. Read Aloud funksiyası 35 dili dəstəkləyir və istifadəçilər səslənmə üçün təqdim edilmiş 5 səsdən birini seçə bilərlər.
Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
Elon Musk, OpenAI şirkətini məhkəməyə verib
Elon Musk, OpenAI şirkətini qeyri-kommersiya missiyasını pozmasında və özünün ən güclü məhsulu olan GPT-4 adlı böyük dil modeli barəsində məlumatları açıq mənbə şəklində bölüşməməkdə günahlandıraraq şirkəti məhkəməyə verib.

Elm & Texnologiya
OpenAI robotlar üçün süni zəka modellərini hazırlayacaq
ChatGPT-nin yaradıcısı OpenAI şirkəti Figure AI adlı startap ilə əməkdaşlıq müqaviləsi bağlayıb.

Tech-Biznes
OpenAI şirkətinin bazar dəyəri 80 milyard dollara yüksələcək
Microsoft tərəfindən aktiv şəkildə dəstəklənən OpenAI şirkəti səhmlərin satışı üzrə müqavilənin bağlanması prosesini yekunlaşdırıb.

Süni İntellekt
GPT-5 ən qədim dillərdən birini deşifrələmə potensialına sahibdir
Microsoft şirkəti OpenAI tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək GPT-5 adlı böyük dil modeli barəsində yeni məlumatları təqdim edib.

Proqram Təminatı
OpenAI CEO-su ChatGPT-ni tarixdə ilk dəfə işqı üzü görmüş mobil telefon ilə müqayisə edib
ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkətinin CEO-su Sam Altman ChatGPT barəsində qeyri-adi fikrini səsləndirib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
