main-post-cover

    ChatGPT Plus-a yeni istifadəçilərin qeydiyyatı müəyyən müddətlik dayandırılıb

    Proqram Təminatı
    Servislər
    15.11.2023
    Emil Nəcəfov
         OpenAI şirkəti ChatGPT Plus abunəliyinə yeni istifadəçilərin qeydiyyat prosesini müəyyən müddətlik dayandırıb. Bu məlumatı şirkətin CEO-su Sam Altman təsdiqləyib. Səbəb isə ChatGPT Plus-a son günlərdə tələbatın hədsiz dərəcədə artmasıdır. Bunun nəticəsində servisin serverlərində yüklənmə baş verir. Altman-ın sözlərinə əsasən ChatGPT Plus üçün yeni funksiyaların anonsundan sonra onun istifadəçi kütləsi anidən artmağa başlayıb. Bu isə öz növbəsində OpenAI şirkətinin infrastrukturunun imkanlarının üstündə olub. Şirkət hal hazırda öz infrastrukturunun gücünü artırmaqla məşğuldur. Altman ChatGPT Plus abunəliyinə yeni istifadəçilərin qeydiyyatının nə zaman bərpa olunacağı barəsində məlumat verməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI şirkəti GPT-5-in hazırlanmasına start verib
    openai-sirketi-gpt-5-in-hazirlanmasina-start-verib
    ChatGPT-nin həftəlik istifadəçi kütləsi 100 milyonu keçib
    chatgpt-nin-heftelik-istifadeci-kutlesi-100-milyonu-kecib
    OpenAI çat-botların yaradılması üçün GPTs adlı konstruktoru təqdim edib
    openai-cat-botlarin-yaradilmasi-ucun-gpts-adli-konstruktoru-teqdim-edib
    OpenAI şirkəti GPT-4 Turbo-nu təqdim edib
    openai-sirketi-gpt-4-turbo-nu-teqdim-edib
    ChatGPT-yə faylların yüklənərək analiz edilməsi funksiyası əlavə edilib
    chatgpt-ye-fayllarin-yuklenerek-analiz-edilmesi-funksiyasi-elave-edilib