
ChatGPT Search-dən istifadə üçün artıq istifadəçi hesabı lazım deyil
Proqram Təminatı
06.02.2025
Emil
OpenAI elan edib ki, ChatGPT daxilində süni zəka əsaslı axtarış sistemi artıq qeydiyyat və avtorizasiya tələb etmir. Qeyd etmək lazımdır ki, bu funksiya ChatGPT-yə internetdən əldə etdiyi məlumatlara əsaslanaraq cavablar verməyə və istifadə etdiyi mənbələrin siyahısını təqdim etməyə imkan yaradır. OpenAI ilk dəfə keçən ilin oktyabr ayında ChatGPT-nin ödənişli abunəçiləri üçün süni zəka əsaslı axtarış sistemini təqdim etdi, dekabr ayında isə bu funksiya bütün istifadəçilər üçün əlçatan oldu.
İndi isə qeydiyyat olmadan istifadə imkanı yaradıldığından, ChatGPT-nin axtarış sistemi birbaşa ənənəvi axtarış sistemləri - Yandex, Google və Bing ilə rəqabət apara biləcək. Google və Bing artıq uzun müddətdir ki, süni zəkanı öz axtarış sistemlərinə inteqrasiya etməyə başlayıblar. ChatGPT-nin axtarış funksiyasına edilən son yeniləmə onu ənənəvi axtarış sisteminə daha da bənzər hala gətirib.

İstifadəçilər hər bir axtarış nəticəsi üçün qısa təsvirlərə baxa, həmçinin yerli görməli məkanların xəritələrini və şəkillərini müşahidə edə bilərlər. Qeyd edək ki, OpenAI süni zəka əsaslı axtarış sistemi yaradan ilk şirkət deyil. Perplexity də internetdə hesab qeydiyyatı olmadan məlumat axtarmağa imkan verir. Bundan əlavə, bu sistem bir neçə müddət bundan öncə həmçinin TripAdvisor-dan hotellər və onların reytinqləri haqqında birbaşa məlumat təqdim etməyi öyrənib.
Mənbə: The Verge
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
