Logo
    main-post-cover

    ChatGPT süni zəka əsaslı ən məşhur çat-bot olaraq qalır

    Proqram Təminatı
    02.04.2025
    Emil
         OpenAI-nin süni zəkaya əsaslanan çat-botu ChatGPT hələ də bu tip xidmətlər arasında dünyada ən məşhuru olaraq qalır. Lakin SimilarWebSensor Tower kimi analitik şirkətlərin statistikalarına görə, rəqib platformalar da sürətlə istifadəçi bazasını genişləndirirlər. SimilarWeb, veb saytların, o cümlədən çat-botların veb versiyalarının trafikinə dair analizlərdə ixtisaslaşıb və şirkətin məlumatına görə, mart ayının yekunlarına əsasən Google-un Gemini servisi fevral ayı ilə müqayisədə auditoriyasını 7.4% artıraraq gündəlik 10.9 milyon istifadəçiyə çatdırıb. Microsoft Copilot 1 ay ərzində auditoriyasını 2.1 milyon nəfər artıraraq 2.4 milyona çatdırıb. Anthropic Claude mart ayında 3.3 milyon istifadəçi ilə nəticə göstərib.
         Çin şirkəti DeepSeek-in çat-botu gündəlik 16.5 milyon istifadəçi həddini keçib - xAI Grok da eyni nəticə göstərib. Mart ayının sonunda ChatGPT-nin gündəlik istifadəçi sayı 500 milyon nəfərə çatıb. OpenAI platforması hələ də böyük fərqlə liderliyini qoruyur, lakin ikinci yer uğrunda ciddi mübarizə gedir. Mart ayının yekunlarına əsasən ikinci yerə yüksələn DeepSeek, fevral ayı ilə müqayisədə auditoriyasının 25%-ni itirib. Əvəzində xAI Grok əvvəlki ayla müqayisədə təxminən 800% artım göstərib və SimilarWeb bildirib ki, bu, reytinqdə ən böyük müsbət dinamika olub. Çat-botların mobil tətbiqlərindəki istifadəçi aktivliyi süni zəkanın yeni modellərinin təqdimatı ilə əlaqələndirilir.
         Sensor Tower statistikasına görə, Anthropic şirkəti Claude 3.7 Sonnet modelini təqdim etdikdən sonra, 24 fevralda başlayan həftə ərzində Claude tətbiqinin auditoriyası 21% artıb. 2 həftə əvvəl isə, Google Gemini 2.0 Flash təqdim olunandan sonra Gemini tətbiqinin auditoriyası bir həftədə 42% artım göstərib. Yenilənmiş modellərlə yanaşı, istifadəçilər xidmətlərdə təqdim edilən yeni funksiyalara da maraq göstərirlər: Məsələn, Gemini-də proqram kodunun işə salınmasına imkan verən Canvas funksiyası və ya Anthropic-in daim əlavə etdiyi Claude-un yeni imkanları. Lakin bu sahədə OpenAI üçün narahatlıq doğuracaq bir vəziyyət hələlik yoxdur. Mart ayına olan məlumata əsasən, ChatGPT-nin mobil tətbiqinin aktiv istifadəçi sayı Gemini və Claude tətbiqlərinin birlikdə olan auditoriyasını on dəfələrlə üstələyib.
    Mənbə: Techcrunch
    Paylaş