
ChatGPT tətbiqini iPhone 3GS-də işə salmaq mümkün olub
Proqram Təminatı
11.04.2025
Emil
Artıq sirr deyil ki, köhnə iPhone modellərinə bir çox müasir tətbiqləri quraşdırmaq mümkün deyil. Bu ədalətsizliyi qismən də olsa aradan qaldırmaq üçün bag.xml ləqəbli alman tərtibatçı təşəbbüs göstərib. O, hətta köhnə iPhone 3GS modeli ilə uyğun gələn qeyri-rəsmi ChatGPT tətbiqini yaradıb və onu internetdə paylaşıb. Rəsmi ChatGPT tətbiqini işlətmək üçün iOS 17 və ya daha yeni versiya tələb olunur. Lakin alman tərtibatçı iOS 6, 7 və 8-də (yalnız iPhone 3GS, 4, 4S və 5 üçün optimallaşdırılıb) işləyən neyroşəbəkə tətbiqi hazırlayıb.

Tətbiq ChatGPT-nin əsas funksiyalarını dəstəkləyir: Söhbət tarixçəsi, sorğulara foto əlavə etmək və şəkil generasiyası. Mənfi cəhəti odur ki, tətbiqdə istifadəçi girişi üçün rəsmi avtorizasiya forması yoxdur - yalnız OpenAI API açarı ilə daxil olmaq mümkündür. Tətbiq App Store-da mövcud deyil, lakin istənilən şəxs GitHub-dan IPA faylını yığıb quraşdıra bilər və ya hazır faylı tərtibatçının saytından yükləyə bilər. Tətbiq özü pulsuz yayımlanır, lakin neyroşəbəkənin bütün funksiyalarından istifadə etmək üçün aktiv ChatGPT abunəliyi tələb olunur.


Mənbə: 9to5mac
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
