Logo
    main-post-cover

    ChatGPT və digər çat-botlar xəbər xülasələrini yaxşı hazırlamırlar

    Proqram Təminatı
    12.02.2025
    Emil
         BBC tərəfindən aparılmış araşdırma göstərib ki, dünyanın dörd ən populyar süni zəka əsaslı çat-botu xəbərlərin xülasəsini hazırlayarkən çoxlu səhvlərə yol verir. Səhvlər ümumi halların yarıdan çoxunda müşahidə edilib. BBC jurnalistləri təcrübə aparıblar - onlar OpenAI ChatGPT, Microsoft Copilot, Google Gemini Perplexity çat-botlarından 100 müxtəlif xəbər süjetinə əsasən xülasə hazırlamalarını istəyiblər. Daha sonra bu sistemlərin cavablarını təhlil edərək onların nə dərəcədə dəqiq olduqlarını qiymətləndiriblər. Araşdırmanın nəticələrinə görə süni zəkanın xəbər mövzularına verdiyi cavabların 51%-də ciddi problemlər müşahidə edilib.
         BBC mənbələrinə istinad edilən cavabların 19%-i faktiki səhvlər, o cümlədən yanlış məlumatlar, səhv rəqəmlər və tarixlər ehtiva edib. Xüsusilə, Google Gemini çat-botu Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) bəyanatını ciddi şəkildə təhrif edib. Bundan əlavə ChatGPT və Copilot istefaya çıxmış siyasətçiləri hələ də vəzifədə hesab etməyə davam edib. Süni zəkanın məlumatlarla ehtiyatsız davranışı sistemli bir problem kimi görünür. BBC jurnalistləri qeyd ediblər ki, süni zəka "fikirlərlə faktları ayırd etməkdə çətinlik çəkir, uzun-uzadı danışır və tez-tez mühüm konteksti nəzərdən qaçırır".
         Bundan əvvəl iOS 18.3 yeniləməsində Apple Intelligence ekosisteminə daxil olan xəbər xülasəsi funksiyasının müvəqqəti olaraq deaktiv edildiyi məlum olmuşdu. Bütün süni zəka sistemləri eyni dərəcədə zəif nəticə göstərməyib. BBC araşdırmasına əsasən, Microsoft Copilot və Google Gemini-də ciddi problemlər daha çox müşahidə edilib, OpenAI ChatGPT və Perplexity isə nisbətən daha dəqiq nəticələr verib. Təcrübə bir daha sübut edib ki, süni zəka əsaslı çat-botların verdikləri məlumatlara ehtiyatla yanaşmaq lazımdır.
         Süni zəka çox sürətlə inkişaf edir, böyük dil modelləri demək olar ki, hər həftə yenilənir və böyük həcmdə verilənlər səbəbindən səhvlərin tamamilə qarşısını almaq mümkün deyil. Digər tərəfdən, hallüsinasiyaya - yəni bilərəkdən yanlış cavablar - inkişaf etmiş sistemlərdə əvvəlki dövrlərlə müqayisədə daha az rast gəlinir. OpenAI rəhbəri Sam Altman öz şəxsi bloqunda süni zəkanın Mur qanunundan daha sürətli irəlilədiyini qeyd edib. Bununla belə, hazırda çat-botlara tam etibar etmək hələ də risklidir, xüsusən də mövzu xəbərlər və faktiki məlumatlar olduqda.
    Mənbə: BBC
    Paylaş
    Bənzər xəbərlər
    oculus-vr-in-yaradicisi-abs-ordusu-ucun-ar-eyneklerin-hazirlanmasi-ile-mesgul-olacaq
    Cihazlar+

    Oculus VR-ın yaradıcısı ABŞ ordusu üçün AR eynəklərin hazırlanması ilə məşğul olacaq

    Oculus VR-ın yaradıcısı Palmer Luckey, 2017-ci ildə şirkətini Mark Zuckerberg-ə satdıqdan sonra Anduril Industries adlı şirkətini qurdu.
    avropa-suni-zeka-sahesine-200-milyard-avro-serf-edecek
    Süni İntellekt

    Avropa süni zəka sahəsinə 200 milyard avro sərf edəcək

    Avropa Birliyi, ABŞ və Çinə rəqabət yaratmaq məqsədilə süni zəka sahəsinə 200 milyard avro məbləğində investisiya yatıracaq. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen, Parisdə keçirilən AI Action Summit tədbirində çıxışı zamanı bildirib.
    suni-zeka-vasitesile-tertib-edilmis-resm-eserlerinin-herrac-sergisi-kecirilecek
    Süni İntellekt

    Süni zəka vasitəsilə tərtib edilmiş rəsm əsərlərinin hərrac sərgisi keçiriləcək

    Məşhur hərrac evi Christie’s, generativ neyron şəbəkələrdən istifadə edərək yaradılmış əsərlərin nümayiş olunacağı "Augmented Intelligence" adlı hərrac sərgisi keçirəcəyini elan edib.
    google-chrome-istifadeci-hesablarinin-sifrelerini-avtomatik-sekilde-deyise-bilecek
    Proqram Təminatı

    Google Chrome istifadəçi hesablarının şifrələrini avtomatik şəkildə dəyişə biləcək

    Şifrələrin dəyişdirilməsi internet təhlükəsizliyinin vacib bir hissəsidir. Lakin çox sayda istifadəçi hesabı olduğuna görə bu proses getdikcə çətinləşir.
    suni-zekadan-heddinden-artiq-istifade-insanda-idrak-qabiliyyetlerinin-pislesmesine-sebeb-ola-biler
    Süni İntellekt

    Süni zəkadan həddindən artıq istifadə insanda idrak qabiliyyətlərinin pisləşməsinə səbəb ola bilər

    "Texnologiyalardan düzgün istifadə olunmadıqda, onlar insanın qorunmalı olan idrak qabiliyyətlərinin pisləşməsinə səbəb ola bilər və bu, doğrudan da buna gətirib çıxarır". Bu nəticə ABŞ-ın Karnegi-Mellon Universiteti və Microsoft tədqiqatçılarının aparmış olduqları araşdırma ilə müəyyən edilib.