Logo
    main-post-cover

    ChatGPT-yə dərin araşdırma funksiyası əlavə edilib

    Proqram Təminatı
    03.02.2025
    Emil
         OpenAI şirkəti, süni zəka əsaslı ChatGPT çat-botu üçün yeni funksiyanı elan edib. Yeni funksiya alqoritmə istifadəçi sorğusu əsasında "dərin araşdırmalar" aparmağa imkan verəcək. Söhbət, OpenAI şirkətinin hələ kütləyə təqdim olunmamış o3 böyük dil modeli əsasında yaradılmış Deep research adlı funksiyadan gedir. Yeni funksiyanın təsvirində qeyd olunub ki, o, avtonom şəkildə çalışa bilər, lazımi məlumatları axtarmaq üçün çoxpilləli bir trayektoriya planlaşdıraraq və icra edərək, lazım gəldikdə geri qayıdaraq və real vaxt ərzində online rejimdə ortaya çıxan yeni məlumata reaksiya verərək fəaliyyət göstərə bilər.
         Sadə dildə desək, Deep research funksiyası yalnız istifadəçi sualına cavab tapmaqla kifayətlənmir, həm də müxtəlif mənbələrdən məlumatları təhlil edib ümumiləşdirərək verilmiş mövzu üzrə ətraflı hesabat hazırlayır. Deep research funksiyasının çalışma prosesi zamanı ekranın sağ tərəfində prosesin qısa təsviri, sitatlar və digər məlumatlar göstərilir. İstifadəçilər bu yeni funksiyanı aktivləşdirmək üçün mətn sorğusu daxil edə, eləcə də şəkil və ya əlavə fayllar, məsələn, PDF formatında sənədlər və ya elektron cədvəllər yükləyə bilərlər. Bunun sayəsində alqoritm daha çox kontekst əldə edir və görülən işin yekunlarına əsasən ətraflı hesabat hazırlamaq üçün 5 ilə 30 dəqiqə arasında vaxt tələb edir.
         Gələcəkdə isə çat-bot öz cavablarına şəkillər və diaqramlar əlavə edə biləcək. OpenAI qeyd edib ki, Deep research funksiyası halüsinasiyalara meylli ola bilər. Yəni çat-bot sözügedən funksiya sayəsində mövcud olmayan faktları uydura bilər. Bundan əlavə, alqoritm nüfuzlu mənbələrdən gələn məlumatları şayiələrdən və qəsdən yalan məlumatlardan ayırmaqda çətinlik çəkir. Buna baxmayaraq, OpenAI bu funksiyanın perspektivli olduğunu vurğulayır və qeyd edir ki, Deep research analitik səviyyədə çalışa bilər. Yeni funksiyanın əlçatanlığına gəldikdə, aylıq 200 dollar abunə haqqı ödəyən istifadəçilər ayda 100 sorğuya qədər Deep research alətindən istifadə edə biləcəklər. Aylıq 20 dollar ödəyən istifadəçilərə isə məhdud giriş təmin ediləcək.
    nbə: The Verge
    Paylaş
    Bənzər xəbərlər
    openai-aciq-menbeli-koda-sahib-layihelere-geri-done-biler
    Süni İntellekt

    OpenAI açıq mənbəli koda sahib layihələrə geri dönə bilər

    Bir neçə yeni məhsulu təqdim etdikdən sonra OpenAI şirkətinin mühəndisləri və rəhbərliyi, o cümlədən CEO-su Sam Altman, Reddit platformasında bir neçə sualı cavablandırıblar. Şirkət rəhbəri OpenAI şirkətinin açıq mənbəli koda sahib layihələrə yanaşmasını yenidən nəzərdən keçirməyə hazır olduğunu bildirib.
    o3-mini-suni-zeka-modeli-chatgpt-nin-butun-istifadecileri-ucun-istifadeye-verilib
    Proqram Təminatı

    O3-mini süni zəka modeli ChatGPT-nin bütün istifadəçiləri üçün istifadəyə verilib

    OpenAI şirkətinin CEO-su Sam Altman 2 həftə bundan öncə yeni nəsil böyük dil modeli o3 mini-nin məntiq yürütmə qabiliyyətinə malik olacağını və bir neçə həftə ərzində istifadəyə veriləcəyini vəd etmişdi. Və sözünə əməl etdi – OpenAI o3-mini-ni həm ChatGPT-də, həm də API xidmətlərində istifadəyə buraxdı.
    pentaqon-deepseek-i-bloklamaga-calisir
    Proqram Təminatı

    Pentaqon, DeepSeek-i bloklamağa çalışır

    Pentaqon Çin süni zəka çat-botu DeepSeek-in istifadəsini təcili dayandırmaq üçün addımlar atır. Buna səbəb ABŞ Müdafiə Nazirliyinin bəzi əməkdaşlarının öz iş kompüterlərini DeepSeek-in Çin serverlərinə qoşması və bunun milli təhlükəsizlik riski yaratmasıdır.
    gpt-4o-nun-hem-odenisli-hem-de-pulsuz-versiyasi-daha-agilli-olub
    Proqram Təminatı

    GPT-4o-nun həm ödənişli həm də pulsuz versiyası daha ağıllı olub

    Technote.az OpenAI saytına istinadən xəbər verir ki, OpenAI, süni zəka modeli olan GPT-4o-nu yeniləyib. Yenilənmiş model, ChatGPT-nin həm ödənişli, həm də pulsuz versiyasını əhatə edir.
    abs-hokumet-qurumlari-ucun-xususi-chatgpt-versiyasi-olan-chatgpt-gov-u-istifadeye-verilib
    Proqram Təminatı

    ABŞ hökumət qurumları üçün xüsusi ChatGPT versiyası olan ChatGPT Gov-u istifadəyə verilib

    Technote.az OpenAI-ya istinadən xəbər verir ki, şirkət, ABŞ hökumət qurumları üçün xüsusi ChatGPT versiyası olan ChatGPT Gov-u istifadəyə verib.