main-post-cover

    ChatGPT-yə faylların yüklənərək analiz edilməsi funksiyası əlavə edilib

    Proqram Təminatı
    Servislər
    31.10.2023
    Farid Pardashunas
         OpenAI şirkəti ChatGPT çat-botunun ödənişli versiyası olan ChatGPT Plus-ın istifadəçilərinə yeni fayl yüklənməsi funksiyasını təqdim edib. Yeni funksiya vasitəsilə yüklənən fayllar yüklənəndən sonra çat-bot tərəfindən analiz edilir. Bu və ya digər faylın yüklənməsindən sonra çat-bot onu müəyyən müddət ərzində emal edir. Daha sonra sistem istifadəçinin yüklənmiş fayl ilə bağlı suallarına cavab verə, fayldakı məlumatları ümumiləşdirə və ya məlumatları vizuallaşdıra bilər. İstifadəçi təkcə mətn formatında deyil, digər formatda olan faylları da yükləyə bilər. İstifadəçilər tərəfindən aparılmış testlərdə ChatGPT yüklənmiş foto əsasında müəyyən tərzdə digər bir fotonu tərtib edə bilib. Bu, sistemə DALL-E 3 adlı neyron şəbəkəsinin inteqrasiya edilməsi sayəsində mümkün olub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Spot robotu ChatGPT vasitəsilə danışıq nitqini əldə edib (VİDEO)
    spot-robotu-chatgpt-vasitesile-danisiq-nitqini-elde-edib-video
    OpenAI süni zəkanın təhlükələrini aradan qaldıracaq xüsusi komandanı formalaşdırıb
    openai-suni-zekanin-tehlukelerini-aradan-qaldiracaq-xususi-komandani-formalasdirib