Logo
    main-post-cover

    ChatGPT-yə onlayn alış-veriş imkanı inteqrasiya edilib

         ABŞ bazarında OpenAI müəyyən ticarət platformalarının müştərilərinə ChatGPT-nin dialoq pəncərəsinə onlayn alış-veriş inteqrasiyası funksiyasını təklif edib ki, onlar lazım olan məhsulları çat-bot vasitəsilə tapa və elə oradaca ala bilsinlər. Bununla OpenAI, digər şirkətlərlə yanaşı, AmazonGoogle-un kommersiya maraqları sahəsinə daxil olur. Məlumata görə, çat-botun yeni imkanı yenilik ABŞ ərazisində ChatGPT Pro, Plus Free planlarının qeydiyyatdan keçmiş istifadəçiləri üçün əlçatandır. Onlar Etsy Shopify platformalarından məhsullar ala bilərlər, baxmayaraq ki, ikinci halda dəstək hələlik tam reallaşdırılma mərhələsindədir.
         ChatGPT alıcının seçim etdikdən və alış-veriş etmək istədikdən sonra ödəniş məlumatlarını şifrələnmiş şəkildə satıcıya ötürməyə hazır agent rolunu oynayır. Rahatlıq ondadır ki, alıcı ayrıca pəncərə və ya tətbiq açmadan əməliyyatı birbaşa ChatGPT vasitəsilə həyata keçirə bilir. Dəstəklənən ödəniş sistemlərinə Apple Pay, Google Pay, Stripe və bank kartları daxildir. Demək olmaz ki, OpenAI bu sahədə pioner olub, çünki Perplexity oxşar funksiyaları hələ ötən il öz ekosistemində həyata keçirmişdi.
         Microsoft da satıcılara Copilot vasitəsilə məhsul alış funksiyasını inteqrasiya etməyə imkan verir. Eyni zamanda, OpenAI proqramçılar üçün ACP protokolunun ilkin kodunu açmağı planlaşdırır ki, onlar Stripe vasitəsilə ani alış funksiyasını öz proqram interfeyslərinə inteqrasiya edə bilsinlər. Uzun müddətdir onlayn ticarət sahəsində böyük oyunçu olan Google və Amazon isə indi yeni, iddialı bir rəqib qazanmış olurlar. Üstəlik, onlar da ticarət platformaları üçün proqram təminatı hazırlayanlara AP2 protokolunu təklif edirlər ki, bu da alış funksiyasını süni intellekt agenti vasitəsilə inteqrasiya etməyə imkan verir.
    Paylaş