
ChatGPT-yə telefonla zəng etmək və onunla WhatsApp-da danışmaq mümkün olub (VİDEO)
Proqram Təminatı
19.12.2024
Emil
OpenAI şirkəti ChatGPT istifadəçilərinə iki maraqlı yeniliyi təqdim edib. Belə ki, bundan sonra bu süni zəka əsaslı çat-botla messencer üzərindən ünsiyyət qurmaq mümkün olacaq. İkinci yenilik isə ondan ibarətdir ki, çat-bota hətta telefon vasitəsilə zəng etmək də mümkün olacaq. Hal-hazırda çat-bota hələ ki, yalnız ABŞ-dan zəng etmək mümkündür. Çat-botun nömrəsi 1-800-242-8478-dir. Çat-bota zəng edən zaman onunla Advanced Voice Mode rejimi çərçivəsində danışmaq olar.
Bunun üçün OpenAI istifadəçi hesabı tələb edilmir. Lakin danışıq müddəti limitlidir. Limit ay ərzində 15 dəqiqə təşkil edir. Bu yeniliyi video vasitəsilə sərgiləyən zaman OpenAI əməkdaşları çat-botdan müəyyən ünvan üzrə məşhur turistik məkan barəsində məlumat təqdim etməyi istəyiblər. Çat-bot isə öz növbəsində qeyd edilmiş turistik məkanı düzgün şəkildə təyin edib və onun barəsində məlumatları təqdim edib. Bununla yanaşı çat-bot WhatsApp-da öz hesabına da sahib olub. WhatsApp çərçivəsində çat-botla yalnız mətn formatında ünsiyyət qurmaq mümkündür. Çat-botun hesabını qrup çatlarına daxil etmək mümkün deyil.
Paylaş
Ən çox oxunanlar

Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib
