
ChatGPT yenilənmə sayəsində daha "əməksevər" olub
Proqram Təminatı
26.01.2024
Emil
OpenAI şirkəti GPT-4 Turbo dil modeli üçün böyük yenilənməni istifadəyə verib. İstifadəyə verilmiş yenilənmə ChatGPT-nin çalışma performansının yaxşılaşdırılmasına istiqamətlənib. OpenAI tərtibatçılarının sözlərinə əsasən bu böyük yenilənmə çat-botun çalışma performansını yüksəltmək ilə yanaşı həmçinin onu daha “əməksevər” etməlidir. Hələ bir neçə müddət bundan öncə ChatGPT istifadəçiləri çat-botun olduqca ləng şəkildə çalışmasından şikayətlənirdilər. OpenAI tərtibatçıları isə bu şikayətləri nəzərə alaraq çat-botu daha “əməksevər” hala gətiriblər. Bunun üçün onlar çat-bot tərəfindən sonuna kimi yerinə yetirilməyən tapşırıqların sayını azaldıblar.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
