DeepSeek 1 həftə ərzində dünyanın ən məşhur çat-botu olub
Proqram Təminatı
04.02.2025
Emil
Çinin DeepSeek şirkəti süni zəka bazarında sürətlə mövqeyini gücləndirərək dünyada ikinci ən populyar çat-bot olub. Bir həftə ərzində platformanın trafiki 614% artaraq Gemini və Character AI-ni geridə qoyub və onun gündəlik aktiv istifadəçi kütləsi 49 milyona çatıb. Bu barədə Similarweb trafik monitorinq xidməti məlumat verib. DeepSeek-in uğuru xüsusilə əvvəlki göstəricilər fonunda diqqət çəkir. 1 ay əvvəl saytın gündəlik aktiv istifadəçi sayı cəmi 300 000 idi, lakin artıq yanvarın sonuna qədər auditoriya 33.4 milyon istifadəçiyə çatıb. Bu sıçrayış yalnız texnologiya bazarını sarsıtmaqla qalmayıb, həm də investorlar arasında narahatlıq dalğasına səbəb olub və nəticədə ABŞ texnoloji şirkətlərinin səhmlərinin ucuzlaşmasına gətirib çıxarıb.
Xüsusilə, NVIDIA-nın səhmləri 17.8% dəyər itirib. Similarweb-in məlumatına görə, DeepSeek-in qlobal trafiki yüksək səviyyədə qalsa da, hələ də bazar lideri olan ChatGPT-dən geri qalır, çünki ChatGPT gündə 130 milyondan çox istifadəçi tərəfindən ziyarət edilir. Mütəxəssislərin fikrincə, DeepSeek-in uğurunun əsas səbəbi açıq mənbəli koda sahib V3 adlı süni zəka modelinin istifadəyə verilməsi olub, bu da dünyanın hər yerindən tərtibatçıların və şirkətlərin diqqətini cəlb edib. DeepSeek-in məlumatına əsasən V3 modelinin təlimatlandırılması 6 milyon dollara başa gəlibş. Bu, ABŞ-dakı oxşar həllərlə müqayisədə xeyli ucuzdur.
Buna baxmayaraq, onun imkanları ChatGPT ilə müqayisə edilə bilər. Lakin vacib bir fərqi var. Bu modeli sərbəst şəkildə yükləmək və lokal serverlərdə işlətmək mümkündür. Bu xüsusiyyət, bulud xidmətlərindən asılı olmadan süni zəka texnologiyalarını tətbiq etmək istəyən təşkilatlar üçün DeepSeek-i daha cəlbedici edir. Bütün bu uğurlara baxmayaraq, DeepSeek hələ də Microsoft-un Bing axtarış sistemini üstələyə bilməyib, çünki orada OpenAI texnologiyasına əsaslanan Copilot süni zəka köməkçisi çalışır. Bununla belə, analitiklər DeepSeek-in ABŞ-da da ciddi populyarlıq qazandığını vurğulayırlar. Similarweb-in məlumatına görə:
- 28 yanvarda ABŞ-da DeepSeek-in gündəlik aktiv istifadəçi kütləsi 4.9 milyona çatıb
- Sonradan bu göstərici 2.4 milyon səviyyəsində sabitləşib, bu da bir həftə əvvəlki göstəricidən 813.3% daha yüksəkdir.
Mənbə: Pcmag
Paylaş
Bənzər xəbərlər
Proqram Təminatı
DeepSeek-in çat-botu bütün dünyada yüklənmə sayına görə birinci yerdədir
Çin startapı DeepSeek-in süni zəka əsaslı çat-botu 140 ölkədə ən çox yüklənən mobil tətbiqlər siyahısında birinci yerə yüksəlib. Bloomberg-in məlumatına əsasən, sözügedən çat-botun ən yüksək yeni istifadəçi faizi Hindistana aiddir
Proqram Təminatı
DeepSeek Tayvanın dövlət qurumlarında qadağan edilib
Tayvan, Çinin DeepSeek adlı süni zəkasının istifadəsini qadağan edən daha bir ölkə oldu. Qadağa hökumət qurumlarına və əsas infrastruktur obyektlərinə şamil edilir.
Süni İntellekt
DeepSeek öz süni zəka modelinin yaradılmasına daha çox resurs sərf etmiş ola bilər
Çinin DeepSeek startapı minimal xərclərlə rəqabətqabiliyyətli süni zəka modeli yaratdığını iddia edərək geniş diqqət çəkib. Şirkət V3 adlı süni zəka modelinin təlimatlandırılması üçün cəmi 6 milyon dollar xərcləndiyini və 2048 ədəd qrafik prosessorun (GPU) istifadə edildiyini bəyan edirdi.
Proqram Təminatı
Pentaqon, DeepSeek-i bloklamağa çalışır
Pentaqon Çin süni zəka çat-botu DeepSeek-in istifadəsini təcili dayandırmaq üçün addımlar atır. Buna səbəb ABŞ Müdafiə Nazirliyinin bəzi əməkdaşlarının öz iş kompüterlərini DeepSeek-in Çin serverlərinə qoşması və bunun milli təhlükəsizlik riski yaratmasıdır.
Süni İntellekt
Apple CEO-su Tim Cook: "DeepSeek innovativlik sərgiləyib"
Apple şirkətinin CEO-su Tim Cook, DeepSeek süni zəka modelini “səmərəliliyi artıran innovasiya” kimi qiymətləndirib. Bu barədə o, analitiklərlə keçirdiyi konfrans zamanı DeepSeek-in Apple biznesinə təsiri ilə bağlı suala cavab verərkən bildirib.
Ən çox oxunanlar