
DeepSeek artıq 15 milyondan çox aktiv istifadəçi kütləsinə sahibdir
Proqram Təminatı
10.02.2025
Emil
Büdcəyə uyğun süni zəka modeli hazırlamış Çin startapı DeepSeek texnologiya dünyasında həqiqi bir sensasiyaya çevrildi. TrendForce-un məlumatına görə, DeepSeek, ChatGPT-dən sonra dünyanın ən populyar ikinci tətbiqi olub, üçüncü yerdə isə ByteDance şirkətinin Doubao neyron şəbəkəsi qərarlaşıb. DeepSeek tətbiqi 11 yanvar tarixində istifadəyə verilib və 31 yanvar tarixinə qədər gündəlik aktiv istifadəçi sayı 22.15 milyona çatıb. Bu, həmin dövrdə 53.23 milyon gündəlik istifadəçiyə malik olan ChatGPT-nin auditoriyasının 41.6%-ni təşkil edir.

Bundan əvvəl Çin bazarının lideri 17 milyon istifadəçi ilə Doubao olsa da, DeepSeek populyarlıq baxımından onu geridə qoymağı bacardı. DeepSeek-in uğuru Apple App Store reytinqlərində də əks olunub - tətbiq ABŞ da daxil olmaqla 157 ölkədə birinci yerə yüksəlib. Bundan əlavə, SimilarWeb-in məlumatına görə, DeepSeek-in veb saytı cəmi 1 həftə ərzində Google Gemini-ni ziyarət sayına görə geridə qoyub.
31 yanvar tarixinə kimi ABŞ-dan DeepSeek saytına 2.4 milyon istifadəçi daxil olub, halbuki eyni dövrdə Gemini yalnız 1.5 milyon ziyarətçi toplamışdı. DeepSeek-in sürətlə populyarlaşması böyük Çin şirkətlərinin fəal reaksiyasına səbəb olub. Tencent, Baidu və Alibaba artıq DeepSeek modelini öz bulud platformalarına inteqrasiya etmək planlarını açıqlayıblar. Bundan əlavə, Çinin dörd aparıcı GPU istehsalçısı - Huawei Ascend, Moore Threads, iluvatar və MetaX startapın inkişafına dəstək verməyə hazır olduqlarını bildiriblər.
Mənbə: Trendforce
Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
