
DeepSeek-in çat-botu bütün dünyada yüklənmə sayına görə birinci yerdədir
Proqram Təminatı
03.02.2025
Emil
Çin startapı DeepSeek-in süni zəka əsaslı çat-botu 140 ölkədə ən çox yüklənən mobil tətbiqlər siyahısında birinci yerə yüksəlib. Bloomberg-in məlumatına əsasən, sözügedən çat-botun ən yüksək yeni istifadəçi faizi Hindistana aiddir. Çindəki kənar tətbiq mağazalarını hesaba almayan Appfigures analitik xidmətinin məlumatlarına əsasən 26 yanvar tarixində AI Assistant, Apple App Store mağazasında birinci yerə yüksəlib və o vaxtdan bəri qlobal liderliyini qoruyur.
Hindistan isə tətbiqin buraxılışından etibarən bütün platformalarda yükləmələrin 15.6%-ni təşkil edib. Sensor Tower araşdırmasına əsasən, AI Assistant tətbiqi həmçinin ABŞ-da Google şirkətinin Play Store mağazasında birinci yeri tutur və bu mövqeyini 28 yanvardan etibarən qoruyur. Sensor Tower şirkətinin məlumatına görə, DeepSeek startapının tətbiqi istifadəyə verildiyi ilk 18 gündə 16 milyon dəfə yüklənilib.
Bu rəqəm, OpenAI şirkətinin ChatGPT tətbiqinin eyni müddətdə əldə etdiyi 9 milyon yükləmədən demək olar ki, iki dəfə çoxdur. Bununla belə, ChatGPT-nin istifadəçi sayı AI Assistant-ın auditoriyasından xeyli üstündür. AI Assistant-ın gələcək inkişafında isə çətinliklər yarana bilər. Belə ki, hökumətlər və şirkətlər onun kibertəhlükəsizliklə bağlı mümkün risklərindən narahatdırlar. Bloomberg News-un keçən həftə yaymış olduğu məlumata əsasən, yüzlərlə şirkət və hökumət DeepSeek-i ehtiyat tədbiri olaraq bloklayıb.
Mənbə: Bloomberg
Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
