
DeepSeek Tayvanın dövlət qurumlarında qadağan edilib
Proqram Təminatı
03.02.2025
Emil
Tayvan, Çinin DeepSeek adlı süni zəkasının istifadəsini qadağan edən daha bir ölkə oldu. Qadağa hökumət qurumlarına və əsas infrastruktur obyektlərinə şamil edilir. Tayvanın Rəqəmsal İşlər Nazirliyi məlumat sızması və transsərhəd informasiya ötürülməsi ilə bağlı narahatlıqlara istinad edərək DeepSeek-in istifadəsinə qadağa qoyduğunu elan edib. Rəsmilər DeepSeek-in məlumat toplama metodlarının məxfi məlumatları aşkara çıxara biləcəyindən narahat olduqlarını bildiriblər.
Məlum olduğu kimi, DeepSeek istifadəçi məlumatlarını Çin serverlərində saxlayır və Çin qanunvericiliyinə əsasən, bu məlumatlar Çin xüsusi xidmət orqanlarına emal üçün ötürülür. Bu, Çin hökumətinin şəxsi informasiyalara çıxış əldə edə biləcəyi ilə bağlı narahatlıqlar yaradır. Tayvanın bu qərarı, İtaliyanın analoji tədbirləri elan etməsindən sonra gəldi.
İtaliyanın məlumatların qorunması agentliyi Garante, məxfilik və təhlükəsizlik problemlərinə görə DeepSeek-i blokladı. Almaniya və digər Avropa ölkələri də DeepSeek-in fəaliyyətini araşdırır. Onlar Çin startapının həddindən artıq şəxsi məlumat toplamasından, o cümlədən IP ünvanları, söhbət qeydlərini və hətta klaviatura aktivliyini izləməsindən narahatdırlar. ABŞ da ehtiyat tədbirləri görərək bəzi şəbəkələrində DeepSeek-in istifadəsini məhdudlaşdırıb. Pentaqon və ABŞ Hərbi Dəniz Qüvvələri öz əməkdaşlarına bu süni zəkadan istifadəni qadağan edib.
Mənbə: Bloomberg
Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
