
DeepSeek tərtibatçılar üçün ucuz gecə tariflərini anons edib
Proqram Təminatı
26.02.2025
Emil
İstənilən bulud sisteminə olan marağın sürətli artması infrastruktur üçün ciddi yük yaradır və Çinin DeepSeek şirkəti bu yükü daha balanslı idarə etmək üçün marketinq alətlərindən istifadə etməyə qərar verib. Çərşənbə günündən etibarən, Pekin vaxtı ilə 00:30-dan 08:30-a qədər DeepSeek V3 modelinə tərtibatçılar üçün giriş haqqı iki dəfə ucuz olacaq. DeepSeek çat-botunun əsasını təşkil edən R1 modeli göstərilən vaxt ərzində tərtibatçılar üçün API vasitəsilə 75% daha ucuz olacaq. Çində DeepSeek xidmətləri olduqca populyarlaşıb, hətta Tencent Holdings və Perplexity AI kimi süni zəka sahəsində rəqib şirkətlər arasında da geniş istifadə olunur.

Dövlət qurumları da DeepSeek xidmətlərindən fəal şəkildə istifadə edirlər, çünki yerli qanunvericiliyə görə, Çin məmurlarına məlumatları ölkə xaricinə ötürmək qadağandır. Qeyd etmək yerinə düşər ki, İtaliya və Cənubi Koreya kimi bəzi ölkələr hökumət işçilərinə DeepSeek-dən istifadəni qadağan ediblər. DeepSeek müştəriləri əvvəlcədən xəbərdar edib ki, gündüz saatlarında xidmətlərinə girişdə çətinliklər yarana bilər. Gecə vaxtı qiymətlərin azalması isə sistemin yükünün daha balanslı paylanmasına kömək etməlidir. Pekin vaxtına uzaq zaman qurşaqlarında yaşayan beynəlxalq müştərilər üçün bu dəyişiklik Çin istifadəçilərindən daha faydalı ola bilər.
Mənbə: Bloomberg
Paylaş
Bənzər xəbərlər

Süni İntellekt
DeepSeek R2 süni zəka modelinin hazırlanması prosesini sürətləndirib
Yanvar ayında Çinin süni zəka startapı DeepSeek qlobal səhm bazarında çaxnaşmaya səbəb oldu. Şirkət R1 adlı məntiqi düşünmə qabiliyyətinə malik süni zəka modelini təqdim etdi.

Təhlükəsizlik
DeepSeek-in istifadəçi məlumatlarını ByteDance şirkətinə ötürdüyü məlum olub
Cənubi Koreya hökuməti DeepSeek tətbiqinin yüklənməsini qadağan edib, çünki aparılan rəsmi araşdırma istifadəçi məlumatlarının Çin şirkəti ByteDance-ə ötürüldüyünü aşkar edib.

Proqram Təminatı
DeepSeek-in süni zəka modeli Xiaomi HyperOS-ə inteqrasiya ediləcək
Xiaomi şirkəti DeepSeek AI modelini HyperOS sisteminə inteqrasiya etməyə hazırlaşır. Bu da istifadəçilərə yeni imkanlar təqdim edəcək.

Proqram Təminatı
Cənubi Koreyada DeepSeek hamı üçün qadağan edilib
Bu ayın əvvəlində məlum oldu ki, Cənubi Koreya hökuməti dövlət qurumlarında süni zəka əsaslı çat-bot olan DeepSeek-ə girişin bloklayıb.

Elm & Texnologiya
DeepSeek öz süni zəka çiplərini hazırlamağı planlaşdırır
Son aylarda DeepSeek öz inkişafında əhəmiyyətli bir sıçrayış edib və ikincidərəcəli layihə statusundan çıxaraq, öz qabaqcıl böyük dil modellərini (Large Language Model / LLM) modellərini təqdim etməklə qlobal süni zəka sənayesində ciddi rəqib ola biləcək bir şirkətə çevrilib.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
