Logo
    main-post-cover

    Edge brauzeri videoların real zaman ərzində tərcüməsi funksiyasını əldə edib (VİDEO)

    Proqram Təminatı
    22.05.2024
    Emil
         Microsoft şirkəti yenilənmiş Edge brauzerini təqdim edib. Yenilənmiş Edge brauzeri süni zəka əsasında çalışan çox faydalı yeni funksiyanı əldə edib. Söhbət, real zaman ərzində videoların müxtəlif dillərə tərcüməsi funksiyasından gedir. Qeyd etmək lazımdır ki, sözügedən funksiya tərcüməni həm altyazı şəklində həm də dublyaj şəklində edə bilir. Məlumata əsasən süni zəka əsasında çalışan bu yeni funksiya videonu hər hansısa digər dilə real zaman ərzində tərcümə edir. Yəni video daha öncə hansısa emal prosesindən keçmir.
         Təqdim edilmiş videodan da görmək olar ki, Microsoft CEO-su Satya Nadella-nın ingilis dilində çıxışını ispan dilinə tərcümə etmək üçün sözügedən funksiyaya bir neçə saniyə vaxt lazım olur. Məlumatda qeyd edilib ki, Edge brauzeri tərkibində bu funksiya artıq YouTube, LinkedIn, Coursera platformalarını və eləcə də CNBC Bloomberg saytlarını dəstəkləyir. Brauzer ingilis dilindən ispan, rus, alman, hind, italyan və ispan dillərinə tərcüməni reallaşdıra bilir. Gələcəkdə Microsoft bu yeni funksiyaya digər saytlar ilə dillərin dəstəklərini də əlavə edəcək. Real zaman ərzində tərcümə funksiyasının Edge brauzerinin bütün istifadəçiləri üçün nə zaman aktiv olacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər
    google-nin-sozlerine-gore-microsoft-musterilerini-kiberhucumlara-qarsi-qoruya-bilmir
    Təhlükəsizlik

    Google-nin sözlərinə görə, Microsoft, müştərilərini kiberhücumlara qarşı qoruya bilmir!

    Google, öz hesabatında Microsoft-un təhlükəsizlik zəifliklərinə toxunub. Axtarış nəhəngi Google, Microsoft-un müştərilərini kiberhücumlardan qoruya bilmədiyini bildirib.
    windows-xp-ni-neye-gore-2024-cu-ilde-istifade-etmek-lazim-deyil-video
    Proqram Təminatı

    Windows XP-ni nəyə görə 2024-cü ildə istifadə etmək lazım deyil? (VİDEO)

    Eric Parker adlı texnobloggerin öz YouTube kanalında təqdim etmiş olduğu maraqlı videoda Windows XP-nin zərərli proqram təminatlarından qorunma mövzusunda necə geridə qaldığı əks olunub.
    microsoft-oz-mobil-oyun-magazasini-acmaga-hazirlasir
    Proqram Təminatı

    Microsoft, öz mobil oyun mağazasını açmağa hazırlaşır!

    App Store və Play Store-ə rəqibi gəlir. Microsoft rəsmi olaraq mobil oyun mağazasının iyul ayında açılacağını elan edib.
    microsoft-abs-xususi-kesfiyyat-agentlikleri-ucun-generativ-suni-zeka-sistemi-yaradib
    Süni İntellekt

    Microsoft ABŞ xüsusi kəşfiyyat agentlikləri üçün generativ süni zəka sistemi yaradıb

    Bloomberg saytının vermiş olduğu məlumata əsasən Microsoft şirkəti superkompüter çərçivəsində ABŞ gizli kəşfiyyat xidmətləri üçün nəzərdə tutulmuş generativ süni zəkanı istifadəyə verib.
    microsoft-meshur-android-tetbiqlerde-ciddi-bosluq-askar-edib
    Təhlükəsizlik

    Microsoft məşhur Android tətbiqlərdə ciddi boşluq aşkar edib

    Microsoft tərtibatçıları Android üçün nəzərdə tutulmuş məşhur tətbiqlərdə ciddi boşluq aşkar ediblər. Aşkar edilmiş boşluq hakerlərə istifadəçi smartfonunda distant şəkildə zərərli proqram kodunun işə salınması və istifadəçi məlumatları ilə autentifikasiya tokenlərinin oğurlanması imkanlarını verir.