
Elon Musk, Grok 3 çat-botunun yaxın zamanda istifadəyə veriləcəyini elan edib
Proqram Təminatı
14.02.2025
Emil
Elon Musk öz startapı xAI-nin Grok 3 adlı yeni çat-botu təqdim etməyə hazırlaşdığını elan edib. Onun sözlərinə görə, bu model mövcud süni zəka sistemlərindən üstün olacaq. Dünyəvi Hökumətlər Sammitində (Dubay) çıxış edərkən, Musk daxili sınaqlara istinad edərək, Grok 3-ün hazırkı süni zəka sistemləri ilə müqayisədə daha üstün məntiqi düşünmə qabiliyyətinə malik olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Grok 3 hazırda yekun təkmilləşdirmə mərhələsindədir və 1-2 həftə ərzində təqdim olunacaq. "Bəzən mənə elə gəlir ki, Grok 3 qorxudacaq dərəcədə ağıllıdır" - deyə Musk çıxışında qeyd edib. Videokonfrans zamanı o, süni zəka üzərində apardığı işi, keçmiş tərəfdaşı, OpenAI-nin rəhbəri Sam Altman ilə münaqişəsini, eləcə də ABŞ federal hökumətində "bütöv agentliklərin ləğvi" ilə bağlı planlarını müzakirə edib.

Musk vurğulayıb ki, xAI-nin yeni modeli sintetik məlumatlar əsasında təlimatlandırılıb və öz səhvlərini analiz edərək məntiqi ardıcıllığa nail olmağa çalışır. Bundan əlavə, o, OpenAI-ni tənqid edərək, şirkətin əvvəlcə qeyri-kommersiya və açıq mənbəli layihə kimi yaradıldığını, lakin indi maksimum qazanc əldə etməyə yönəldiyini bildirib. Sonda Musk zarafat edərək gələcəkdə süni zəkanın mehriban olacağına ümid etdiyini deyib.
Mənbə: Bloomberg
Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
Elon Musk, OpenAI qarşısına şərt qoyub
Elon Musk-ın rəhbərlik etdiyi konsorsium, OpenAI-nin kommersiya təşkilatına çevrilmək planlarından imtina etdiyi təqdirdə, şirkəti almaq üçün verdiyi 97.4 milyard dollarlıq təklifi geri çəkəcəyini bəyan edib.

Tech-Biznes
Elon Musk, Donald Trump-a 10 milyon dollar təzminat ödəyəcək
Elon Musk, Donald Trump-a 10 milyon dollar təzminat ödəməyi qəbul edib. Bu, 2021-ci ildə Trump-ın X (keçmiş Twitter) hesabının bloklanması ilə bağlı qaldırılmış məhkəmə iddiasının həlli üçündür.

Tech-Biznes
Elon Musk, OpenAI şirkətini 97.4 milyard dollara almağı təklif edib
The Wall Street Journal-ın məlumatına görə, Elon Musk investorlar qrupuna rəhbərlik edərək OpenAI-nin qeyri-kommersiya bölməsini 97.4 milyard dollara almaq üçün təklif irəli sürüb.

Tech-Biznes
Elon Musk-ın TikTok-u almaq kimi bir fikri yoxdur
Elon Musk ABŞ hakimiyyətinin milli təhlükəsizlik səbəbləri ilə qadağan etməyə çalışdığı və Çin şirkəti ByteDance-ə məxsus olan TikTok platformasını almaqda maraqlı olmadığını bildirib.

Tech-Biznes
Elon Musk-ın siyasi aktivliyi Starlink üçün təhlükə yarada bilər
Starlink-in gəlirləri sürətlə artmağa davam edir. Son 2 il ərzində onun gəlirləri demək olar ki, üç dəfə artıb. Quilty Space analitik şirkətinin məlumatına görə, 2024-cü ildə peyk internet xidməti SpaceX-ə 7.8 milyard dollar gəlir qazandırıb və bu məbləğin 60%-i fərdi istifadəçilərdən daxil olub.
Ən çox oxunanlar

POCO F7 Pro və F7 Ultra flaqman smartfonları təqdim edilib - QİYMƏTİ
